Bakıda güclü külək avtomobili ağaca çırpdı -VİDEO

0
348

Bakının Yasamal rayonunda güclü küləyin təsiri nəticəsində sürücü idarəetməni itirərək maşını ağaca çırpıb.

“Report”un xəbərinə görə, Tbilisi prospekti ilə hərəkətdə olan “Mitsubishi” markalı avtomobilin sürücüsü güclü külək zamanı sükan arxasında idarəetməni itirib.

Nəticədə avtomobil ağaca çırpılıb. Ağac kökündən qırılaraq sərnişin dayanacağının qarşısına aşıb. Sürücü xəsarət almasa da, avtomobilə ziyan dəyib.

Faktla bağlı yol polis əməkdaşları tərəfindən araşdırma aparılır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 × 2 =