Bakıda yaşı 1 əsrdən çox və qəzalı vəziyyətdə olan binalar sökülür.
Təkcə paytaxtın Nərimanov rayonu ərazisində 219 belə bina söküləcək.
Söküntü işlərinin aparıldığı ərazilərdə 12 -17 mərtəbəli binalar tikiləcək və həmin binalarda sakinlərə öz evlərindən geniş, təmirli və mətbəx mebeli ilə təchiz edilmiş mənzillər veriləcək.
Artıq rayonun 4 ərazisində söküntü işləri yekunlaşıb və yeni binalar tikilir.
Tikinti işi özəl şirkətlər tərəfindən İcra hakimiyyətinin nəzarəti ilə aparılır. Tikinitnin aparıldığı müddətdə sakinlərin evlərinin kvadratına uyğun kirayə pulu ödənilir. Sakinlərin köçürülməsi isə mərhələlərlə həyata keçirilir.
Yaxın günlərdə Nərimanov rayonun daha 4 əraizisində hündürmərtəbəli binaların tikintisinə start veriləcək.
Bakı Post