Bakıda boşanmış ər keçmiş arvadını qaçırıb

0
558

Sabunçu qəsəbəsinin 21 yaşlı sakininin atası qızının qaçırılmasında keçmiş kürəkəninin əli olduğunu ağlına gətirməyib.

Bakının Sabunçu qəsəbəsində qəribə hadisə baş verib. Belə ki, iki gün əvvəl 1995-ci il təvəllüdlü Könül Həsənova yoxa çıxıb.

“Sputnik” agentliyinin məlumatına görə, qəsəbə sakini Məmməd Həsənov övladı K.Hüseynovun oktyabrın 16-da saat 11:30 radələrində evdən çıxması və bir daha geri qaytımaması barədə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə ərizə ilə müraciət edib. Ata övladının qaçırıldığını iddia etsə də, qaçıran şəxsin kim olduğunu dəqiq bilməyib.

İlkin araşdırmalar zamanı hüquq-mühafizə orqanlarına məlum olub ki, Könul Həsənova ata evindən qoşulub qaçdığı adam keçmiş həyat yoldaşı, Şəki rayon sakini Səlimov Seyid İlqar oğlu imiş.

Təbii ki, polislər S.Salimovu cinayət məsuliyyətinə cəlb etmək niyyətində deyillər. Amma hər bir halda keçmiş ər-arvad bir-birlərinə qoşulub qaçmaları barədə qoca atanı əvvəlcədən məlumatlandırmalı idilər.

Virtualaz.org

BIR CAVAB BURAXIN