Bakıda bazarlarda təhlükəli yağlar satışdadır – Şok araşdırma (VİDEO)

0
338

Space Tv-nin efirində yayımlanan “Olar? Olmaz!” verilişində bu dəfə də ölkədə satılan yağlarla bağlı proqram tamaşaçılara təqdim edilib.

Teleaparıcı Amil Xəlil ölkədə satılan yağların təhlükəsindən və təbii yağları saxta yağlardan ayırmağın yollarından danışıb. Azad istehlakçılar birliyinin sədri Eyyub Hüseynov da açıqlama verərək dəhşətli faktların üstünü açıb.

Onun sözlərinə görə, hazırda bazarda kifayət qədər saxta və insan səhhəti üçün təhlükəli hesab edilən yağlar satılmaqdadır. Alıcların bu məsələdə diqqətli olması xüsusi olaraq qeyd edilib. Daha sonra teleaparıcı Amil Xəlil marketlərə üz tutub. Təbii yağları sadə üsulla saxta və keyfiyyətsiz yağlardan ayırmağın yollarını tamaşaçılara əyani olaraq göstərib.

Qeyd edək ki, veriliş həftə içi hər gün saat 19:55-də Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanır. Bu axşam daha bir maraqlı mövzu tamaşaçıları gözləyir. Mütləq izləyin.

BAKU.WS

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

thirteen + sixteen =