![](http://news.lent.az/upload/images/news/2017/december/04/big/67d42f541610208cd349b9f4e6ea3781.jpg)
Bu gün 40 yaşlı kişi Bakı metropolitenində həyəcanlı anların yaşanmasına səbəb olub, Saat 18:45-də 1977-ci il təvəllüdlü, Bakı şəhər sakini Nuriyev Sabir Siyavuş oğlu həyatını təhlükəyə ataraq, 14 saylı marşrut üzrə hərəkət edən qatarın 1-ci və 2-ci vaqonların arasında getməyə cəhd göstərib. Metropoliten əməkdaşları “Gənclik” stansiyasında adıçəkilən şəxsi dayandıra biliblər. O, polis əməkdaşlarına təhvil verilib. Bakı metropolitenində polis şöbəsinin əməkdaşları tərəfindən faktla bağlı araşdırma aparılır.Lent.az