Bakıda 3 qardaşı verilməyən salama görə bıçaqlayan şəxs axtarılır

0
672

Bakının Sabunçu rayonunda üç qardaş bıçaqlanıb. APA TV xəbər verir ki, qanlı hadisə Savalan qəsəbəsində qeydə alınıb.

Hələlik adı açıqlanmayan orta yaşlı bir kişi 1980-ci il təvəllüdlü İbrahimov Ruslan Rüstəm oğlu ilə mübahisə edib. Səbəb isə Ruslanın ona salam verməməsi olub. Mübahisə sonradan daha da qızışıb və nəticədə həmin şəxs R.İbrahimova ağır bıçaq zərbəsi yetirib. Davaya zərərçəkmişin qardaşları 1978-ci il təvəllüdlü Ramin İbrahimov və 1999-cu il təvəllüdlü Rəhman İbrahimov da qoşulub. Ancaq əlbəyaxa davada bıçaqlı şəxsə güc gələ bilməyərək onlar da bıçaqlanıb.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəxanaya yerləşdirilən qardaşlardan Ruslan və Raminin vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisənin təfərrüatlarını isə Sabunçu RPİ-nin istintaqçıları araşdırır. Şübhəli şəxsin saxlanılması üçün əməliyyat-axtarış işlərinə başlanılıb.

BIR CAVAB BURAXIN