Bakı kommunistləri ABŞ-ı ağ yuyub, qara sərdi

0
370

Yer kürəsinin hər yerində Böyük Oktyabr Sosialist İnqilabının 100 illiyi təntənə və sevinclə qeyd edildiyi bir vaxtda ABŞ prezident administrasiyası noyabrın 7-də “Kommunizm qurbanlarının milli günü” adlı cəfəngiyyat dolu bir bəyanat yayıb. Bəyanatın məzmunu ondan ibarətdir ki, guya Oktyabr inqilabından bu günədək ötən 100 ildə 100 milyondan çox insan “totalitar kommunist rejimlərinin” qurbanı olub.

Arazinfo.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın verdiyi bəyanatla bağlı fikirlərini açıqlayan Azərbaycan Kommunistlər Birliyinin rəhbəri Ədalət Abdinov deyib.

O qeyd edib ki, Ağ Evin məlum bəyanatı əsassız ifadələrdən və açıq yalanlardan ibarətdir:

“İnsanın insan tərəfindən istismarına, müharibələrə, zorakılığa, zülm və istibdada güvənən Ağ Evin çinovnikləri növbəti dəfə cəmiyyətin azad, firavan və bərabər yaşadığı sülhsevər siyasi qurluşa – sosializmə çamur atmaqdan çəkinmirlər.

Vaşinqtondan fərqli olaraq, Böyük Oktyabr Sosialist İnqilabının 100 illiyini bayram etmək üçün Rusiyaya toplaşmış dünyanın 189 ölkəsinin kommunist və fəhlə partiyalarının həmrəyliyi bir daha sübut etdi ki, kapitalizmin əzabına düçar olmuş xalqlar bu azğın siyasi qurluşun yırtıcı caynağından xilas olmaq arzusundadırlar. Asiya, Afrika, Yaxın Şərq və Latın Amerikası xalqları öz tarixi təcrübəsindən yaxşı bilirlər ki, Böyük Oktyabr onlara həqiqi azadlıq və sosial tərəqqi gətirib.

ABŞ unutmamalıdır ki, onun siyasi barbarlığı Amerikanın köklü xalqlarının məhvindən, hinduları və Afrika qullarını vəhşicəsinə istismar etməkdən başlayır. Sonra milyonlarla koreyalı, vetnamlı, iraqlı, yüz minlərlə serb, liviyalı, suriyalının genosidini davam etdiriblər. Xirosima və Naqasaki sakinlərinin başına gətirdikləri atom fəlakətini bəşəriyyət heç vaxt onlara bağışlamayacaq”.

Ə.Abdinov bildirib ki, hazırda Amerika silahlı qüvvələri üç suveren dövlətin ərazisini işğal edib, 20 qanlı münaqişənin iştirakçısıdır, dünyanın onlarca ölkəsində 700-dən çox hərbi bazası var:

“Amerika “demokratiya” oyunlarını süngülərin ucunda, qanlı terror və sonsuz təxribatlarla yaymaqda davam edir.

Ağ Evin araqarışdıran cənabları bilməlidirlər ki, onların böyük sələfi olan Franklin Delano Ruzvelt mühaibə illərində həmişə dahi İ.V.Stalini Böyük Oktyabr Sosialist İnqilabının ildönümü və Qırmızı Ordunun yaranması günü münasibətilə təbrik edib.

Sosializmin baharı yaxınlaşdıqca, Ağ Evin azarı metastaz verməyə başlayıb”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 − three =