Ev Gündəm Bahar Candandan növbəti Murad Boz qalmaqalı

Bahar Candandan növbəti Murad Boz qalmaqalı

0
631
Bahar Candandan növbəti Murad Boz qalmaqalı - foto

“İşte benim stilim”in qalmaqallı ulduzu Bahar Candan yenidən müğənni Murad Bozla gündəmə gəlib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Aslı Enver və M.Bozun ayrılmasına səbəb olduğu deyilən gənc qız bir neçə gün əvvəl İnstaqramda adının altına “M” hərfi əlavə etməklə hər kəsi çaşdırmışdı.

O, bu dəfə qaranlıqda, Murad olduğu ehtimal edilən bir nəfərin fotosunu paylaşaraq “M” yazıb. Fotoda üz aydın seçilməsə də, ötən gün M.Boz da studiyada olduğu üçün bu iddialar güclənib.

Qeyd edək ki, M.Boz və A.Enver hələ ki ayrılmaları barədə açıqlama verməyiblər.

BIR CAVAB BURAXIN