Bərzaninin bank hesabları ortaya çıxdı – 55 milyard dollar

0
466


2012-2017-ci illər arasında İraqın şimalında 45-dən çox neft quyusunu işğal edən Məsud Bərzani Habur Sərhəd Qapısı, Koreya Telekommunikasiya, qaz-neft gəlirləri və mərkəzi hökumətdən aldığı payları şəxsi sərvətinə çevirib.
Məsud Bərzani, İsrail və ABŞ-ın dəstəyi ilə girdiyi 25 sentyabr qondarma referendumdan sonra Yaxın Şərqin ən çox danışılan fiquruna çevrildi.  Türkiyənin “Yeni Şəfəq” qəzetinə açıqlama verən kürd əsilli bir İraqlı keçmiş bürokrat Bərzaninin qardaşları və qardaşı oğlanlarından ibarət bir dərəbəylik rejimi qurduğunu, Maliyyə Nazirliyinin olmasına baxmayaraq gəlirlərin Bərzaniyə məxsus şəxsi hesabda saxlandıldığını bildirib. Heç bir nəzarətə tabe olmadan 1992-ci ildən bu yana tayfanın inanılmaz sərvətə malik olduğunu bildirən İraqlı keçmiş bürokrat Ərbildə insanların həyat şərtlərinin illər boyu sabit qalmasına baxmayaraq tayfanın gəlirlərinin isə əks istiqamətdə böyüdüyünə diqqət çəkib.
Ərbildə 2009-2014 illər arasında önəmli vəzifələrdə olan keçmiş bürokrat ABŞ-İsrail kuklası olan Bərzaninin 55 milyard dollarlıq fərdi sərvəti olduğunu deyib. İraqın şimalında 2012-2017-ci illər ərzində 45-dən çox neft quyusunu işğal edən Bərzaninin Habur Sərhəd Qapısı, Koreya Telekommunikasiya, qaz-neft gəlirləri və mərkəzi hökumətdən aldığı payları şəxsi sərvətinə çevirdiyini işarə edib. Bir dövrdə maliyyə naziri olmuş Rebaz Hamlanın da həmin qeyri-qanuni fəaliyyətlərdən narahat olub üsyan etdiyini xatırladıb.
İraq Regional Kürd Rəhbərliyi Maliyyə Nazirliyi vəzifəsində olan Hamlanın “hökumətə aid olan bütün pulların Bərzaninin hesabına keçməsinə və qazanılan pulun infrastruktur sərmayələrinə xərclənməməsinə görə Bərzaniyə qarşı etiraz etdiyini qeyd edən bürokrat,” Bərzani öz tayfasını zənginləşdirərkən bölgə xalqı 1991-ci ildən əvvəlkindən daha çox yoxsullaşdı” deyib.
Bərzaninin Türkiyə, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Kipr və İngiltərə kimi ölkələrdə ciddi investisiyaları olduğunu bildirən mənbə tayfaya birbaşa və ya dolayı yolla bağlı şirkətlərin dənizçilik, transit-nəqliyyat, ərzaq, mədən, tikinti və neft ticarəti başda olmaqla bir çox sektorda fəaliyyət göstərdiyini də deyib. Keçmiş bürokrat Türkiyə sərhədindəki Habur və İrana açılan Başmaq qapılarının tayfa üçün neft qədər mühüm gəlir mənbəyi olduğuna da işarə edərək “Ərbil bir mafiya quruluşu yaradaraq bütün qazancları bir insanda topladı” – deyə danışıb.
Ərbil mərkəzli IKBY (ŞİKM) rəhbərliyində 5 il vəzifədə olan bürokrat, Bərzaninin 25 sentyabrdan sonra yaşadıqlarını böyük ziyan verən zəlzələyə bənzədib və bundan sonra da sarsıntıların davam edəcəyini bildirib. Bərzani alternativi kimi böyüdülən Lahor Tələbani ilə bağlı danışan keçmiş bürokrat, “İraqın şimalında sistem və məntiq dəyişməlidir, feodal düşüncə tərzi əvəzinə daha geniş əsaslı bölgülü sahə üsulu hakim olmalıdır. Çünki bu model davam etdiyi müddətcə Lahor Tələbani də bir Öcalan və Bərzani olacaqdır. Bunun əvəzinə tayfanı deyil, bütün bölgə xalqını qucaqlayan kadrlar rəhbərliyə gəlməlidir” şərhini verib.(A24.az)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

thirteen + 20 =