Azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır

0
2818

Azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır.

30 ilə yaxındır, üçrəngli bayrağımızın təcavüzkar qonşularımızın işğal etdiyi torpaqlarda dalğalanacağı günü gözləyirdik. İllərlə arzuladığımız, həsrətlə gözlədiyimiz bu gün artıq reallığa çevrilib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda müzəffər yürüşünü inamla sona çatdırdı və torpaqlarımız azad oldu. Artıq iki ildir bütün bayramlarımızı, o cümlədən 9 Noyabr-Dövlət Bayrağı Gününü Zəfər ruhunda qeyd edirik.  Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın  əsasıdır. Dövlət Bayrağı Günündə 44 günlük İkinci Qarabağ müharibəsi dövründə cəbhədən gələn qələbə müjdəli xəbərlərin xalqımızda yaratdığı hissləri yada salmamaq mümkün deyil. Həmin gün küçə və meydanlarımızı üçrəngli Azərbaycan Bayrağı bəzədi. Bayrağımız paytaxt və bölgələrimizdə yaşanan Zəfər sevincinə şahidlik etdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri həmin torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması ilə  tarixə yazıldı.

Ümummilli lider Heydər Əliyevin, Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin uğurla həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində dövlət bayrağımız dünyanın ən mötəbər təşkilatlarının qarşısında, ən mühüm beynəlxalq tədbirlərdə dalğalanır. Bu bayraq indi işğaldan azad edilmiş, Zəngilanda, Qubadlıda, Füzulidə, Cəbrayılda qürurla, vüqarla dalğalanır.

Azərbaycan ənənələri olan ölkədir. Keçmişinə, ədət-ənənələrinə, milli-mənəvi dəyərlərinə sadiq, dövlətçilik maraqlarını hər şeydən üstün tutan xalqımız Dövlət  Bayrağımız altında bir amala-azərbaycançılıq ideyasının təbliğinə xidmət edir. Bayrağımız varlığımızın sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığımızın əsas göstəricisidir.  Prezident cənab İlham Əliyevin ilk gündən qarşıya qoyduğu bu hədəfə uyğun olaraq əldə edilmiş uğurlarla  kifayətlənmir, daim irəli baxırıq. Bu gün qalib Azərbaycanın qarşısında daha böyük üfiqlər  açılııb.  Bayrağımız bundan sonra daha möhtəşəm uğurlarımıza şahidlik edəcək.

 Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktor əvəzi-Rəşad İsmayılov

 

 Azərbaycanla və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur.

Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız bizim əlaqələrimizi gücləndirir.Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu dəstək həmişə qarşılıqlı olub.Həm işğal dövründə, həm ikinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmlərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk.

İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüququ bərpa etdi. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri 1993- cü ildə qəbul olunmasına baxmayaraq, bu qətnamələr 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu, beynəlxalq ictimaiyyət, beynəlxalq birlik isə sadəcə olaraq buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilməmişdir.

Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqları qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir.Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib.Ermənilər işğal dövründə 67 məsciddən 65 – ni yerlə-yeksan edilmişlər, qalan iki məsciddə isə heyvan, inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar.

Azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır.Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdıb və bu torpaqlara həyat qayıdır.

Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi- Kəmalə Məmişova

 

Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur

Cari ilin noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Albaniya Respublikasına səfər edib. Bu səfər Prezident cənab İlham Əliyevin Albaniyaya ilk səfəri idi. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Azərbaycan Prezidenti qeyd edib ki, beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlıq da əlaqələri gücləndirir.  Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur və ölkələrimiz arasında siyasi dialoqun çox güclü dinamizmi var. Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Qeyd edək ki, Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Bu il keçmiş Prezident Meta Azərbaycanda səfərdə idi. Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. Bu vaxtadək Azərbaycan və Albaniya arasında müxtəlif sənədlər, o cümlədən 2013-cü il aprelin 8-də Bakıda “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb. Azərbaycan və Albaniya arasında önəmli əməkdaşlıq istiqamətlərindən biri qaz sahəsidir. Ancaq əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar vardır. Bu qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələridir. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Bunu ölkə başçısı öz çıxışında da qeyd edib;   “Bizim qaz ehtiyatlarımız çox zəngindir və hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfəyə genişləndirilməsi məsələsi müzakirə olunur. Cənub Qaz Dəhlizi layihəsi cəmi iki ilə yaxındır ki, istismardadır. Amma artıq Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan hər iki kəmərin genişləndirilməsi müzakirə olunur”.

Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində vacib faktora çevrilib. Albaniya Avropa birıliyin daxil olmasa da münasibətlərimizin yüksək olması Avropa ittifaqı ilə bu ölkə üzərindən əməkdaşlıq imkanlarımızı genişlənir. Azərbaycanıla Albaniya sərmayələrin qarşılıqlı yatırılmasına başlayıb.

Zərdab rayon Körpükənd kənd tam orta məktəbin müəllimi- Əlisurətli Röya.

 

Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir.

Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk. İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüququ bərpa etdi.

Noyabrın 15-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Albaniya Respublikasına rəsmi dövlət səfərinə gəlib. Paytaxt Tiranada dövlət başçısı İlham Əliyevin Albaniya Prezidenti Bayram Beqay ilə təkbətək görüşü keçirilib və sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir.

İki ölkə arasında enerji sahəsində əməkdaşlıq iqtisadi əlaqələrin əsas istiqamətidir. Azərbaycan ilə Albaniya Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəmərinin (TAP) həyata keçirilməsində uğurla əməkdaşlıq edib. Albaniyanın yüksək səviyyəli rəsmiləri Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə verib.

Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin iştirakçısıdır. TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası Albaniyada məşğulluğun artmasına böyük töhfə verib. Layihə, həmçinin Albaniya üçün ÜDM və büdcə gəlirlərinin artımını təmin edib. Ümumiyyətlə, TAP-ın Albaniyanın enerji təchizatında çox əhəmiyyəti vardır. Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir.
Zərdab rayon Hüseynxanlı kənd ümumi orta məktəbin direktoru Məkkə Həmidova

 

İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüququ bərpa etdi.

1994-cü ilin may ayında Azərbaycan və Ermənistan Bişkek protokolunu imzaladı. Bununla da tərəflər uzunmüddətli atəşkəs elan etdilər . “Birinci Qarabağ” müharibəsi termini zamanla dilimizə daxil oldu. Həqiqət bu idi ki, Qarabağ müharibəsi lokal olsa da davam edirdi. Bütün bu zaman ərzində hələ müharibənin birinci mərhələsində BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi Azərbaycan torpaqlarının qeyri-şərtsiz azad edilməsi haqqındakı qətnamələri, ATƏT-in Minsk qrupunun bütün “cəhdləri” heç bir nəticə verməmişdir. Ermənistan bir tərəf kimi daim beynəlxalq ictimaiyyəti aldadır, beynəlxalq hüquqa əhəmiyyət vermirdi. 30 illik işğal dönəmində Ermənistan nəinki siyasi hüquqi tapdaladı, hətta Azərbaycanın Qarabağ torpaqlarında mövcud mədəniyyətini, tarixini, təbii sərvətlərini məhv edib taladı. Bütün nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın bu vandalizminə göz yumdu.

ATƏT-in Minsk qrupunun həmsədrləri heç bir zaman Azərbaycanın haqq mövqeyini müdafiə etmir, əksinə Ermənistanın lehinə qərarlar qəbul etmək xəyalları da qurmaq istəyirdilər. Bütün qlobal güclər Qarabağda mövcud status-kvonu saxlamaq üçün bütün vasitələrdən istifadə edirdilər. Madrid prinsipləri kimi qeyri-adekvat sənədin qəbul edilməsində onların xüsusi xidmətləri vardı. Azərbaycan tərəfi daim beynəlxalq hüququ dəstəkləmiş, Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olduqlarını açıq şəkildə bəyan edirdilər. Hətta Madrid prinsipləri əsasında məsələnin həllinə razılaşmışdılar.

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünündə daim ikinci tərəf müxtəlif bəhanələrlə aradan çıxır və ya görüşün vaxtını bir qədər də uzatmağa çalışırdılar. Uzun zaman Azərbaycan öz torpaqlarının lazım gələrsə hərbi yolla azad edə biləcəyini də qeyd edirdi. Ermənistanın baş naziri Nikol Paşinyanın Şuşada yallı getməsi, ardınca “Qondarma Dağlıq Qarabağ Respubliksının” parlamentinin açılışı Azərbaycanın sülhə olan ümidini sual altına saldı. 2020-ci il Tovuz hadisələri nəinki Azərbaycan iqtidarının, ümumiyyətlə Azərbaycan xalqının səbirinin tükəndiyini göstərdi.

2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan əks-hücum əməliyyatlarına başladı. Hərbi əməliyyatları dayandırmaq beynəlxalq güclərin marağında olsa da, buna nail ola bilmədilər. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən öz torpaqlarının hərbi yolla azad edə biləcəyi hüququndan istifadə etdi. Düşmən tərəfi bir neçə dəfə qlobal güclərdən atəşkəs haqqında Azərbaycan Respublikasına müraciət etməsini xahiş etmişdir. Azərbaycan yenə də öz humanist ənənəsinə sadiq qalaraq atəşkəs bağlamışdır. Ancaq qarşı tərəf yenə də beynəlxalq hüququ ayaqlayaraq atəşkəsi pozmuş və layiqli cavabı almışdırlar.

2020-ci il “İkinci Qarabağ” müharibəsindəki qələbə bütün dünyada şok effekti yaratdı. Cənab Prezident İlham Əliyev bütün dünyaya sübut etdi ki, dondurulmuş münaqişə yoxdur. XXI əsrdə belə hərbi əməliyyatlarla öz torpaqlarını işğaldan azad etmək mümkündür. Cənab Prezident İlham Əliyev yalnız Ali Baş Komandan kimi deyil, həm də ideoloq kimi bir çox Qərb jurnalistlərinə tutarlı cavablar verərək onlara öz yerlərini göstərmişdir.

Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin müəllimi- Məmmədov Eşqin

 

Bu gün Azərbaycan qazı öz növbəsində Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir .

2020-ci ilin dekabr ayından etibarən uzunluğu 878 km bir məsafəni əhatə edən TAP layihəsi ilə Azərbaycan qazının avropaya nəqlinə başlanılıb. TAP qaz nəqlinə başlandığı vaxtdan ötən müddət ərzində boru kəməri ilə Azərbaycan qazı Yunanıstanın Kipoi bölgəsindəki qaz stansiyasından Avropaya nəql olunur. Artıq 8 milyard kubmetrdən çox qazın təhlükəsiz şəkildə nəql edilməsi TAP infrastrukturunun bir çox bazarda şaxələndirilməsinə imkan yaradıb. TAP Cənub Qaz Dəhlizinin Avropa qoludur və Azərbaycandan Avropa bazarlarına 10 milyard  kubmetr yeni qaz tədarükünü həyata keçirən qovşaq layihəsidir. TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir.

TAP səhmdarları 2013-cü ilin sonunda layihənin inkişafı və tikintisi haqqında qərar vermişdi. Azərbaycan qazı bugün Rusiya qazı ilə münasibətdə rəqabət gücünə sahibdir. Əminliklə deyə bilərik ki, TAP-ın çatdırdığı təbii qaz həcmləri Avropa İttifaqı üçün yeni, etibarlı, təhlükəsiz və sərfəli enerji mənbəyi təmin etməklə yanaşı, enerji yol xəritəsini asanlaşdırmaqda əsas rol oynayır. TAP Cənub-Şərqi Avropa ölkələrini də qazla təchiz edə bilər. Boru kəmərinin Yunanıstan ilə Albaniyadakı çıxışları və İtaliya sahilinə çıxışı Azərbaycan qazının geniş Avropa bazarlarına tədarükü üçün çoxsaylı imkanlar açır.

Layihə Azərbaycan qazının Almaniya, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılmasına böyük imkanlar yaradır. Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır, eləcə də yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP, həmçinin Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın şaxələndirilməsində, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rola malikdir.

Zərdab rayon Şahhüseynli kənd tam orta məktəbin müəllimi- Bəkirov Rövşən

 

Azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır

Bu gün Azərbaycan bayrağı 30 ildən sonra işğaldan azad olunan torpaqlarda dalğalanır. Qəhrəman əsgərlərimiz qondarma Dağlıq Qarabağ respublikasının dırnaqarası bayrağını yerə atıb onun yerinə həmin məkana layiq olan üçrəngli bayrağımızı sancdılar. İndi həmin torpaqlar rahat nəfəs alır. Çünki üzərində həmin torpaqların sahibləri hərəkət edirlər.

Artıq iki ildir bütün bayramlarımızı, o cümlədən 9 Noyabr-Dövlət Bayrağı Gününü Zəfər ruhunda qeyd edirik.  Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın  əsasıdır. Dövlət Bayrağı Günündə , 44 günlük İkinci Qarabağ müharibəsi dövründə cəbhədən gələn qələbə müjdəli xəbərlərin xalqımızda yaratdığı hissləri yada salmamaq mümkün deyil. Həmin gün küçə və meydanlarımızı üçrəngli Azərbaycan Bayrağı bəzədi. Bayrağımız paytaxt və bölgələrimizdə yaşanan Zəfər sevincinə şahidlik etdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri həmin torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması ilə  tarixə yazıldı.

İndi Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda vüqarla dalğalanır. Sentyabrın 27-dən başlayaraq üçrəngli bayraqımız dövlətimizin gücünü və xalqımızın milli birliyini,həmrəyliyini nümayiş etdirir.Ölkə prezidenti cənab İlham Əliyevin dediyi kimi:”Bayrağımız mübarizə əzmimiz,zəfər sorağımız,istiqlaliyyət salnaməmizdir”.Ölkəmizin apardığı şərəfli Vətən müharibəsində bayrağımız əldən-ələ gəzir, bir çox dövlət və yaşayış binalarının, ictimai nəqliyyat vasitələrinin üzərində bayrağımız dalğalanır, müqəddəs atributumuz bütün Azərbaycanı bəzəyir. Ölkəmizin həyata keçirdiyi əks-hücum əməliyyatlarının başladığı gündən etibarən qardaş Türkiyə mənəvi və siyasi dəstəyini əsirgəmir.

Ümummilli lider Heydər Əliyevin, Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin uğurla həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində dövlət bayrağımız dünyanın ən mötəbər təşkilatlarının qarşısında, ən mühüm beynəlxalq tədbirlərdə dalğalanır. Bu bayraq indi işğaldan azad edilmiş   vətən torpaqlarında qürurla, vüqarla dalğalanır.

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru-Kəmalə Əliyeva

 

Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur.

Cari ilin noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Albaniya Respublikasına səfər edib. Bu səfər ölkə başçımızın  Albaniyaya ilk səfəri idi. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi  olmuşdur. Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər hələ 1993-cü ilin sentyabrın 23-də qurulub. Bu vaxtadək Azərbaycan və Albaniya arasında 8 sənəd, o cümlədən 2013-cü il aprelin 8-də Bakıda “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş  imzalanıb.

Səfər zamanı təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər. Ölkə başçımız çıxış edərək iki ölkə arasındakı iqtisadi,siyasi münasibətlərə və ikinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyətlə bağlı məqamlara toxunmuşdur.

Prezident cənab  İlham Əliyev Albaniyanın həmişə olduğu kimi, İkinci Qarabağ müharibəsində də Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib və vurğulayıb ki, bu, Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bir daha göstərir.Enerji sahəsində əməkdaşlıq iqtisadi əlaqələrimizin əsas istiqamətlərindənolduğunu bildirən dövlət başçımız bildirmişdir: “Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır”.

Zərdab rayon Yuxarı Seyidlər kənd tam orta məktəbin direktoru- Qabil Məmmədov

 

 

Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məşkunlaşmaq aparmaq hərbi cinayətdir.

 Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib. Ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan – inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar. Azərbaycanın bu məsələni təkbaşına həll etdiyini, bu torpaqlara həyatın qayıtdığını Prezidentimiz cənab İlham Əliyev özü qeyd etmişdir. Prezident cənab İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqan ilə görüşdə də bunu xüsusi bildirib. Onun fikirlərində Albaniya ilə olan əməkdaşlığın vacibiyyətini görə bilirik: “Xalqımız, dövlətimiz üçün əsas olan məsələdə ölkənizin bizə dəstək verməsi, əlbəttə ki, bizim üçün çox önəmlidir və bir daha buna görə Sizə təşəkkürümü bildirmək istəyirəm” .Torpaqlarımızın geri qaytarılması və erməni tapdaqları altından xilas olması Azərbaycanı bütün dünyaya tanıtdı. Xalqımız öz əzəli torpaqlarını erməni vandalizmindən, vəhşiliyindən qəhrəmanlıqla xilas etdi. Bu yöndə bizə dəstək olan, yanımızda olan və bizə inanan bütün xalqlara öz minnətdarlığımı bildiririk.

Zərdab rayon  Çallı kənd tam orta məktəbin  müəllimi- Lətifli Tükəz

 

İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüququ bərpa etdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 noyabr 2022-ci il tarixində Albaniya Respublikasına dövlət səfərində Albaniya Respublikasının Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatında deyib; “Biz İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq öz əzəli torpaqlarımızı işğalçılardan azad etdik, beynəlxalq hüququ və ədaləti bərpa etdik”. Azərbaycanın bu məsələni təkbaşına həll etdiyini, bu torpaqlara həyatın qayıtdığını bildirən Prezident cənab İlham Əliyev deyib: “Xalqımız, dövlətimiz üçün əsas olan məsələdə ölkənizin bizə dəstək verməsi, əlbəttə ki, bizim üçün çox önəmlidir və bir daha buna görə Sizə təşəkkürümü bildirmək istəyirəm”.

Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır. Bu zəfərlə biz Ermənistanın 20 faiz ərazilərimizin 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 10 milyonluq Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti qətiyyətli qələbə qazandı, işğalçını əzəli torpaqlarımızdan “iti qovan kimi qovdu”. Dövlətimizin başçısı xalqa hər müraciətində haqqa, ədalətə söykənərək işğal altındakı bütün torpaqlarımızın tezliklə azad ediləcəyini, üçrəngli bayrağımızın bu ərazilərimizdə dalğalanacağını böyük inam­la, əminliklə bildirirdi. Yağı tapdağından qurtulan yurd yerlərimizin xilası ilə bağlı qələbə müjdələri ulu öndər Heydər Əliyevin siyasi kursunu son 17 ildə bütün sahələrdə uğurla reallaşdıran Prezident cənab İlham Əliyevin ata vəsiyyətini yüksək səviyyədə yerinə yetirdiyinin təsdiqinə çevrilirdi. Ali Baş Ko­mandan Qarabağın tacı, incisi olan Şuşanın işğaldan azad edilməsi xəbərini isə Şəhidlər xiyabanından xalqa çatdırarkən bu fikri xü­susi vurğulamışdı.

Zərdab şəhər 2 saylı tam orta məktəbin direktoru-Piralı əliyev