Azərbaycanlıların Gürcüstan sevgisi

0
645
 

Tbilisi

Tbilisi

Ötən il Gürcüstana 1 milyon 523 min 75 nəfər Azərbaycan vətəndaşı gedib.

«Report» xəbər verir ki, bu göstərici ilə Azərbaycan vətəndaşları Gürcüstana səfər edən xarici ölkə vətəndaşları sırasında birinci yerdədir.

Xəbərdə bildirilir ki, 2010-cu ildə bu ölkəyə 497 min 969 min Azərbaycan vətəndaşı gedib. 2011-ci ildə bu rəqəm 714 min 418 ( artım 30 faiz), 2012-ci ildə 931 min 933 (15 faiz artım), 2013-cü ildə 1 milyon 75 min 857 (19 faiz artım), 2014-cü ildə 1 milyon 283 min 214 (9 faiz artım), 2015-ci ildə isə 1 milyon 393 min 257 (9 faiz artım) təşkil edib.

Keçən il Azərbaycandan bu ölkəyə yollananların sayı 2015-ci il ilə müqayisədə 129 min 818 nəfər və yaxud 9.3 faiz çoxdur.

Ümumilikdə isə 2016-cı ildə Gürcüstana 6 milyon 350 min 625 nəfər xarici ölkə vətəndaşının səfər etdiyi bildirilir.

Gürcüstana gedən xaricilər sırasında ermənilər ikinci, Türkiyə vətəndaşları üçüncü, rusiyalılar isə dördüncü yerdədirlər.

BIR CAVAB BURAXIN