Azərbaycanlı uşaqları xristianlaşdırdılar və…

0
542

Almaniyanın Köln şəhərində yaşayan azərbaycanlı Davud Əliyevin başına dəhşətli hadisə gəlib.

Publika.az xəbər verir ki, D.Əliyevin azyaşlı olan iki qızı üç il öncə Alman Gənclik Qurumu tərəfindən əlindən alınaraq, xristianlaşdırılıb.

40 yaşlı D.Əliyev Kölndə miqrant düşərgəsində mühafizəçi işləyir.

“Keçmiş sevgilimlə 6 il qeyri-rəsmi nikahda yaşadıq. Tamilla (8) və Armanda (10) adlı iki qızımız var. Sonradan həyat yoldaşımla ayrıldıq və uşaqlarım anaları ilə qaldı. Bir müddət sonra qızlarımın vəkalətini almaq üçün məhkəməyə müraciət etdim və məhkəmə mənim lehimə qərar çıxardı. Bundan sonra başıma min oyun gəldi”, – deyə o bildirib.

Məhkəmə qərarından sonra Davudun həyat yoldaşı ondan məhkəmə şikayət edir.

D. Əliyev bildirib ki, qızları onunla qalanda anası onlara baxırdı:

“Bir dəfə qızlarımla birgə Vyanaya tətilə getdik. Həmin vaxt uşaqlar məhkəmə gedə bilmədilər. Bunu əsas gətirən Alman Gənclik Qurumu müxtəlif iftiralar ataraq, uşaqları mənim əlimdən aldı. Həmin vaxt hüquqlarımı tam olaraq bilmirdim. Üç ildir məhkəmələrdəyəm və uşaqlarımın üzünü indi-indi görməyə başlamışam. Ayda iki dəfə görməyə icazə verirdilər”.

Onun sözlərinə görə, qızları xristianlaşdırılıb.

“Gənclik qurumuna bildirmişdik ki, uşaqlar müsəlmandır və ana dilləri olaraq Azərbaycan və türk dillərini öyrənməlidirlər. Onlar isə uşaqlarıma yalnız alman dilini öyrədiblər, xarici dil olaraq da ingilis dilini tədris ediblər”, – deyə D. Əliyev bildirib.

Nəriman

BIR CAVAB BURAXIN