Azərbaycanda yeni telekanal yaradılır

0
612

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Arazinfo.com-un Lent.az-a istinadən verdiyi məlumatına görə, iclasda xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna 16 noyabr 2017-ci il tarixdən, 16 dekabr 2017-ci il tarixədək müsabiqə elan edilib.

İclasda həmçinin Dalğa TV-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb və ona peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib.

BIR CAVAB BURAXIN