Azərbaycanda siqaretlərin qiymətləri qalxacaq

0
597

Azərbaycanda gələn ildən siqaret və spirtli içkilərin qiyməti qalxacaq.
Unikal.org xəbər verir ki, gələn ildən Azərbaycanda tütün məmulatlarının və alkoqollu içilərə görə, aksiz dərəcələri iki dəfəyədək artırılacaq.
Bu da təbii ki, sözügedən məhsulların ciddi bahalaşmasına gətirib çıxaracaq.
Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov məsələ ilə bağlı açıqlama verib.
Şərifov deyib ki, manatın dollara nisbətən kəskin ucuzlaşması tütün məmulatlarının və alkoqollu içilərin alış qiyməti kəskin dərəcədə artıb.
Ancaq aksiz dərəcələri aşağı düşüb. Növbəti ildə həmin məhsullara aksiz dərəcələrinin iki dəfə artırılması nəzərdə tutulub.

 

BIR CAVAB BURAXIN