Azərbaycanda sel fəlakəti: hökumət vədinə əməl etmədi

0
596


 

Azərbaycanda baş verən sel fəlakətindən 2 ay keçməsinə baxmayaraq, hadisənin fəsadlarının aradan qaldırılması istiqamətində heç bir tədbir həyata keçməyib.

Həsən Ruhani hakimiyyəti təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün nəzərdə tutulan vəsaiti təmin etməyib, nəticədə bölgədə heç bir bərpa və yenidənqurma işləri görülməyib.

Evləri təbii fəlakət zamanı dağılan və ya ziyan görən ailələr hələ də qohumlarının evində yaşamaqdadır, onlara evlərini bərpa etmək və ya yenidən tikmək üçün dövlət tərəfindən hər hansı yardım və ya kredit ödənilməyib.

Daşqın suları nəticəsində dağılan körpülərdən biri də Urmiyada Mərgəvərin Gülüstan körpüsüdür. Zirvə şəhərciyini Silvanaya bağlayan körpü bölgə əhalisinin avtomobillə hərəkəti üçün olduqca mühümdür və əhalinin yarısı bu körpüdən istifadə etməyə məcburdur. Lakin hadisədən 2 ay keçməsinə rəğmən, hələ də Gülüstan körpüsü bərpa olunmayıb, bu isə bölgə əhalisinin böyük narahatlığına səbəb olub.

Hazırda çox sayda ağır və yüngül maşınlar dağılmış körpünün üzərindən keçir və hər an bədbəxt hadisə baş verə bilər.

Urmiya Şəhərlərarası Daşımaçılıq və Yol İdarəsinin rəisi Sadiq Həbib Gülüstan körpüsünün bərpa imkanının olmadığını, onun yenidən tikilməli olduğunu qeyd edib.

Qeyd edək ki, aprelin 14-də Güney Azərbaycanda 49 nəfərin ölümü ilə nəticələnən və ciddi dağıntılara səbəb olan sel və daşqın Şərqi Azərbaycan Vilayətinə 4393 və Qərbi Azərbaycan Vilayətinə 4180 milyard rial maddi ziyan vurub.

Bölgəyə gələn səlahiyyətli şəxslər, o cümlədən seçki dönəmində namizədliyini irəli sürən Həsən Ruhani sel fəlakətinin nəticələrinin qısa müddətdə aradan qaldırılmasına söz vermişdi. Lakin növbəti dəfə İran rəhbərliyinin Azərbaycana verdiyi vədlərin yerinə yetirməyib.Axar.az

 

BIR CAVAB BURAXIN