“Azərbaycanda 196 nəsil Məhəmməd Peyğəmbərə(s) bağlıdır…”- Araşdırma

0
569

Araşdırmaçı professor, keçmiş “KQB” polkovniki Rövşən Novruzoğlunun gizli xarici arxivlərdəki mənbələr əsasında hazırlanmış “Ölüm hüceyrələri” təhqiqat əsərində XX əsrin əvvəllərindən bəri həm Azərbaycanı işğal altında saxlayan SSRİ adlı Rusiya imperiyasının, həm də Böyük Britaniya, ABŞ kimi “modern” impeiyaların xüsusi kəşfiyyat qurumlarının Azərbaycan xalqının zəngin genefondu üzərində apardığı  vəhşi qətliam və zorakılıqlarla müşayiət olunan  gizli tədqiqatlarının üzə çıxardığı ağlagəlməz özəlliklərdən, eləcə də ölkəmizin ayrı-ayrı sirli məkanlarını soykökümüzdə iz buraxan qeyri-adi xüsusiyyətlərindən bəhs edilir. Məlum olur ki, adı çəkilən imperiyalarla yanaşı, əksər xarici dövlətlər də Azərbaycan insanının əsl genomundan qorxduğundan bu xalqı hər vasitə ilə əzməyə, məhv etməyə çalışıb və çalışmaqdadır…

Azərbaycan 1920-ci ildən həm Moskvanın, həm Londonun, həm Vaşinqtonun, həm Parisin, həm Şərqi Avropa ölkələrinin bir neçəsinin əsl mənada canlı laboratoriyalarından birinə çevrilib…”

“Araşdırma materiallarına görə, müharibədən çıxan Sovet səhiyyə sistemi üçün 2 milyon Amerika dolları, üstəlik, əlavə olaraq Londonun ayırdığı 2 milyon funt-sterlinq çox vacib idi.
1951-ci ilin noyabrın 3-də mutasiyadan sonra güllələnmiş iki azərbaycanlı qadının meyidi polkovnik M.N.Qurinin sərəncamı ilə (6 saylı sərəncam) Rostovdan Moskvaya – MN-nin 1 saylı xəstəxanasına göndərilir. Həmin ilin noyabrın 4-dən 5-ə keçən gecə isə meyitlər xüsusi, açılması qadağan hesab olunan tabutlarda Moskvadan Vaşinqtona yola salınır.

 “On il lazımdır ki, gendəki milli mənliyi, torpaq sevgisini, insana olan məhəbbəti, mərdliyi və qürur hissini, ləyaqəti… nişan verən kodlar ölsün…”   

 

Məlumata görə, leytenant V.D.Markovun meyidinin yandırılması ilə, ərazidəki ölüm hallarının dayanması eyni günə düşdüyündən, insanlar qorxu və təlaş içində idi. General A.A.Mayorov topladığı, əldə etdiyi materiallara əsasən, Kremldəki həmkarı İ.M.Matveyevə yazırdı:”…Mənə elə gəlir ki, Dumanlı Dərədən kimsə dünyaya nəzarət edir… Bu mümkündürmü, bilmirəm. Amma bir kəşfiyyat generalı kimi qənaətlərim gizli bir həqiqətin olmasından xəbər verir…”
Məlumata görə, 1951-ci ilin dekabrın 12-də Kreml Ağdaşın Dumanlı Dərəsilə bağlı növbəti qapalı iclasını keçirir. Həmin yığıncaqda general A.A.Mayorovun məktubu oxunur. Kəşfiyyat generalı məktubunda xatırladır ki, dəfələrlə Dumanlı Dərənin üstündə qırmızı ulduz topasını müşahidə edib. Amma bütün bunların nə olduğunu anlamır. General onu da xatırladır ki, daha heç kəs Dumanlı Dərədə yaşamaq istəmir. Orada həyat dayanıb… Amma əslində orada heç vaxt həyat sönməyib, davam edib. Bu gün də davam edir…

“Azərbaycanlılara məxsus əsl azərbaycanlı cizgilər silinib, itməli, onun yerini isə hələlik qaranlıq qalan və dərk olunmayan cizgilər əvəz etməli idi…”

 Kremlin dekabr yığıncağının materialları arasında çox lazımlı və öyrənilməsi gərəkli hesab olunan ikinci bir məsələ də müzakirəyə çıxarılmışdı. Məzmun başqa da olsa, hədəf eyni idi. Şübhəsiz, biz genetik kodlarımızın zədələnməsində özünü göstərən və Kremldə müzakirəyə çıxarılan həmin məsələ ilə bağlı geniş materiallar verəcəyik.
Araşdırma materiallarına görə professor, genetik, İttifaqın MN-də bağlı klinikaların birində işləyən Mixi Zakkayeviç Faxratdinov ona tapşırılan “Bölünmə əməliyyatı”na başçılıq etməli idi. Bəyimağacı ərazisində qurulmuş kiçik evlərdə həkim nəzarəti altında saxlanılan “mutasiya uşaqları” təcili bölünməli, nəzərdə tutulan ərazilərə aparılmalı idi. “Mutasiyadan” doğulanların doqquz iqlim qurşağı altında bölünməsi “Mk-layihəsi” adı altında icra olunacaqdı. Layihəyə görə regionlarda məskunlaşan azərbaycanlılara məxsus əsl azərbaycanlı cizgilər silinib, itməli, onun yerini isə hələlik qaranlıq qalan və dərk olunmayan cizgilər əvəz etməli idi. Nəticədə əsl azərbaycanlı siması itməli idi. O yerlərdə həqiqi azərbaycanlı doğulmamalı idi. Professor M.Z.Faxratdinov həkim dostu E.D.Serafimoviçə (qovluqdakı 56 saylı məktub) xatırladırdı ki, Siyasi Büro, bütövlükdə Kreml əsl azərbaycanlının doğulmasından qorxur. Səbəblər çoxdur…
Araşdırma materialları içərisində professor, genetik M.S.Xakimovanın da məktubu maraq doğurmaya bilmir. Məlumata görə, professor M.S.Xakimova qeyd edir ki, Kreml azərbaycanlıların genetik inkişafından xüsusi bir narahatlıq keçirirdi. Professor M.S.Xakimova yazır:

”…Kremldə məndən soruşdular: hər hansı bir genetik kodu öldürmək, dəyişmək və zədələmək üçün nə qədər vaxt lazımdır? Dedim: düz on il. On il lazımdır ki, gendəki milli mənliyi, torpaq sevgisini, insana olan məhəbbəti, mərdliyi və qürur hissini, ləyaqəti… nişan verən kodlar ölsün. Bundan sonra o millətin və yaxud etnik qrupun dirilməsinə heç bir lüzum yoxdur… Doğulan və doğulmaqda olan hər kəs şikəst doğulur…”

Araşdırma materiallarına görə, Azərbaycan 1920-ci ildən həm Moskvanın, həm Londonun, həm Vaşinqtonun, həm Parisin, həm Şərqi Avropa ölkələrinin bir neçəsinin əsl mənada canlı laboratoriyalarından birinə çevrilmişdi. Maraqlı idi ki, dövrün mətbuatında, çap olunmuş elmi-tədqiqat sənədlərində, kitab və dərsliklərdə… bununla bağlı heç bir məlumat verilmir. Nə üçün Azərbaycan? Nə üçün azərbaycanlılar? Bu məsələlərə aydınlıq gətirmək istəyilə yenə məxfi, tam məxfi qovluqlardakı materiallara üz tutduq. Bütün bunların aşkarlanması çətin də olsa, bizim üçün çox gərəkli və önəmli idi. Əldə olunan fakt və məlumatların isə dəyəri heç nə ilə ölmülə bilməzdi. Bunu hesablamaq mümkün olan məsələ deyildi.

İslam Peyğəmbərinin(s) nəslinə məxsus qan hüceyrələrinin quruluşu və bölünmə sürətində (?), eləcə də qanın rəngində fərqlər var…”     

 

Araşdırma materiallarına görə, Azərbaycanda Məhəmməd Peyğəmbərin (s.ə.) nəslindən on iki imamın soy-kökünə, qanına damarlarına bağlı olan 196 nəsil şəcərəsi var.Yəni respublikada 196 nəsil imam nəslinə bağlıdır və genetik kodlar üst-üstə düşür. Toplanmış məlumatlardan o da məlumdur ki, bu genetik kodlar arasında maraqlı fərqlər var. Məsələn, 1952-ci ilin iyun ayının 20-də Moskvada olan ingiltərəli “Taylafer” həkim qrupu VIII əsrin tarixi və təbabət sənədlərinə əsasən iddia edirlər ki, İslam Peyğəmbərinin(s) nəslinə məxsus qan hüceyrələrinin quruluşu və bölünmə sürətində (?), eləcə də qanın rəngində fərqlər var. Bütün bu fərqlər onlara imkan verir ki, öz bədən quruluşlarına görə, sümük möhkəmliyinə görə və beyin qatlarına görə başqalarından fərqlənsinlər. Dünya təbabəti hələlik bütün bunların qarşısında aciz qalıb. Qeyd edim ki, “Taylafer”qrupu bütün bunların kökünü araşdırmaq, öyrənmək və təhlil etmək üçün Azərbaycanın doqquz bölgəsinin üstündə dayanır. Bununla bağlı əlavə məlumatlar olacaq.

 Fikrimcə, Azərbaycana qarşı edilən təhdidlərin, xarici kəşfiyyat başqılarının, mənəvi və genetik kodların zədələnməsi, mutasiya layihələri və s. kimi ağır ittiham məsuliyyəti tərəflər arasında bölündüyü üçün heç kəs təqsirkar görünmür və məsuliyyətə cəlb olunmur…

(Davamı var)

Təqdim etdi: Sultan Laçın