Azərbaycan “Leopard” tanklarının istehsalçısı ilə danışıqlar aparır

0
593

Almaniyanın  “Rheinmetall” (“Reynmetall”) hərbi sənaye korporasiyası Azərbaycanla əməkdaşlıq barədə danışıqlar apardığını elan edib.

Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, Düsseldrofda mənzillənmiş şirkət bu barədə ötən gün iyunun 27-də bildirib.

“Biz Azərbaycanla biznes imkanlarını araşdırırıq. Hər iki tərəf əməkdaşlıq imkanlarını araşdırmaq niyyətini elan edib”-şirkət bildirib.

Agentlik xatırladır ki, Ermənistanla olan münaqişəyə görə Azərbaycana 20 ildən çoxdur Almaniya silah embarqosu tətbiq edib. “Reynmetall” isə bildirir ki, Azərbaycanla istənilən sövdələşmə silah təchizatına qoyulmuş embarqoya və ya ixrac nəzarətinə mane olmayacaq.

“Əməkdaşlıq barədə razılaşmada birbaşa deyilir ki, ancaq embarqo qaydalarının təsiri altına düşməyən  xidmətlər və avadanlıqlar təchiz ediləcək”-şirkət bildirir.

“Reynmetall” korporasiyası müxtəlif tipli ağır və yüngül zirehli döyüş texnikası, iriçaplı artilleriya sistemləri, minaatanlar və müxtəlif digər silahlar istehsal edir. Əfsanəvi “Lepopard” tankları da bu şirkət tərəfindən istehsal olunur.

Qeyd edək ki, Azərbaycan silahlanmada şaxələndirmə siyasəti yürüdür və sərt silah embarqosuna baxmayaraq son illər bəzi Avropa ölkələri ilə əməkdaşlıq yarada bilib. Azərbaycanın Çexiya istehsalı olan və İsraildə modernləşdirilmiş “Dana” özüyeriyən qaubitsalarını və “Vampir” reaktiv yaylım atəşi komplekslərini alması Ermənistanda şok yaratmışdı. Habelə Azərbaycan İtaliyanın hərbi-sənaye korporasiyası, geniş çeşiddə müasir silah sistemləri istehsal edən “Leonardo” şirkəti ilə yüksək səviyyədə əməkdaşlıq qurub və danışıqlar aparır. Bu günlərdə isə Azərbaycanın Hərbi Hava Qüvvələrinin silahlanmasına Amerika istehsalı olan “Bell-412” hərbi-nəqliyyat vertolyotlarının daxil olması ermənilər üçün daha bir pis sürpriz olmuşdu.

BIR CAVAB BURAXIN