Azərbaycan bütün qonşularla sülh və dostluq münasibətlərinin qurulmasını istəyir

0
2025

Azərbaycan bütün qonşularla sülh və dostluq münasibətlərinin qurulmasını istəyir

Prezident cənab İlham Əliyev noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda qeyd edib ki, “Biz bütün qonşularımızla sülh və dostluq münasibətləri istəyirik”.

Azərbaycanın qonşuları ilə, həmçinin coğrafi cəhətdən uzaq olan ölkələrlə yüksək səviyyəli dostluq münasibətlərinin saxlanması sadiq bir dövlət olması ilə bağlıdır. Həqiqətən də Cənubi Qafqaz regionunda mövcud mənzərəyə diqqət yetirdikdə bir daha aydın görünür ki, Azərbaycan Ermənistan istisna olmaqla, digər qonşuları ilə münasibətlərini daim inkişaf etdirir, onlarla qarşılıqlı əməkdaşlığını dərinləşdirir. Bu əməkdaşlıq həm Azərbaycana, həm də regionun digər ölkələrinə siyasi, iqtisadi, mədəni və digər sahələrdə mühüm dividendlər qazandırır. Yalnız Ermənistan həyata keçirdiyi işğalçılıq siyasəti üzündən regionda təcrid olunmuş bir vəziyyətdədir və hər keçən gün bu dövlətin bütün vacib sahələrdə, o cümlədən də sosial-iqtisadi sferada iflası daha böyük sürətlə gedir. Regiondakı bu durum öz növbəsində beynəlxalq təhlükəsizliyə xələl gətirir.

Qeyd edilənlərlə bağlı Prezident cənab İlham Əliyev: “Biz bütün qonşularımızla sülh və dostluq münasibətləri istəyirik. Eyni zamanda, biz həmişə öz ləyaqətimizi, müstəqilliyimizi, həyat tərzimizi müdafiə edəcəyik və heç bir xarici faktora öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcəyik”, – deyib. Müharibə və işğalın ağır nəticələrindən əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan qəti şəkildə inanır ki, dövlətlər arasında yaxşı qonşuluq, dost münasibətləri və əməkdaşlığa aid beynəlxalq səviyyədə qəbul olunmuş beynəlxalq hüququn norma və prinsiplərinə düzgün qaydada riayət edilməsi, eləcə də dövlətlərin üzərlərinə götürdükləri öhdəliklərin xoş iradə ilə yerinə yetirilməsi beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında çox böyük əhəmiyyətə malikdir.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktor əvəzi- Rəşad ismayılov

 

 Zəngilan hava limanı mühüm əhəmiyyətə malikdir

Azərbaycan Prezidenti cənab İlham Əliyevin noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı qeyd edib ki, “Zəngilan Zəngəzur nəqliyyat dəhlizi üzərində yerləşən mühüm nəqliyyat mərkəzi olacaq”.

Ötən ilin oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.Artıq Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilir. İki qardaş ölkə başçılarının iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanın açılışı dünyaya və düşmənə bir məsaj idi. Bu, Azərbaycan-Türkiyə xalqına deyil, həm də bütün dünyaya bir mesaj idi  ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir.

Zəngilan Beynəlxalq Hava Limanın açılması həm də turizmin  inkişafında əhəmiyyətli rol oynayacaq.Bu gün Azərbaycan xalqı hava limanının açılışını deyil, həm də Zəngilanın azad edilməsini qürurla qeyd edir. Zəngilan iqtisadi baxımından Azərbaycan üçün çox mühüm əhəmiyyətə malikdir. Bu gün bütün işğaldan azad edilmiş ərazilərdə olduğu kimi, Zəngilanda da sürətli bərpa və quruculuq işləri aparılır. Zəngilan eyni zamanda regionda mühüm nəqliyyat qovşağına çevrilməkdədir. Bu gün Beynəlxalq Hava Limanlarının  açılışı və Zəngilanda görülən işlər gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfələr verəcək.

Bu gün Azərbaycanın hər yerində abadlıq-quruculuq işləri aparılır. Xalqın birliyindən, iradəsindən, dəstəyindən güc alan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilər müasir, gözoxşayan yaşayış yerlərinə çevrilir. İkinci Qarabağ müharibəsini qələbə ilə başa vuran Azərbaycan dövləti indi bütün gücünü xalqın rifah halının yaxşılaşmasına, xoş güzəranına sərf edir. Bu məqsədlə ölkəmizdə ilk növbədə vaxtilə yurd yerlərindən didərgin düşmüş vətəndaşlarımızın doğma el-obalarına qayıtmaları istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Azad olunmuş ərazilərdə hərtərəfli inkişafı təmin etmək, yox olan şəhərləri bərpa etmək isə güclü, qüdrətli Azərbaycanın qarşıya qoyduğu ən vacib vəzifədir. Bu gün bu məqsədə çatmaq, düşmənin bağrını yarıb, dostu sevindirən Böyük Qayıdışın tam reallaşması isə vaxt, zaman tələb edir. Bəli, xalq-iqtidar-ordu birliyi sayəsində 30 il ərzində düşmən əsarətində olan ərazilərini azad edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu yerlər qısa müddətdə inkişaf etmiş, beynəlxalq aləmə inteqrasiya olunmuş mərkəzə çevriləcəkdir.

 Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru-Kəmalə Əliyeva

 

 

Avropa İttifaqı ilə əlaqələrimiz xarici siyasətimizin prioritetlərindən biridir.

25 noyabr 2022-ci il taixdə Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Azərbaycan Prezidenti  cənab İlham Əliyev konfransın açılışında iştirak edib. Bu mühüm tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də var idi. Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunmuşdur. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Respublikamızın Avropa İttifaqı ilə əlaqələrinin daha da möhkəmləndirilməsi xarici siyasətimizin prioritetlərindəndir. Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Avropa İttifaqı- Azərbaycan münasibətləri yarandığı dövrdən bəri ölkədə baş verən siyasi, iqtisadi, sosial proseslərdə daim Avropa İttifaqı öz töhvəsini verməyə, malik olduğu təcrübələri tətbiq etməyə çalışır. Ölkəmiz hazırda təşkilatın bir çox əməkdaşlıq proqramlarında fəal iştirak edir. Bu gün Azərbaycan 44 günlük Vətən müharibəsindəki şanlı Qələbədən sonra regionda qüdrətli geoiqtisadi güc mərkəzlərindən birinə çevrilməkdədir. Prezident cənab İlham Əliyevin qətiyyəti, əzmkarlığı və müdrik sərkərdəliyi ilə ərazi bütövlüyümüzün təmin edilməsi Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu qat-qat yüksəldib. Bu gün Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Avropa İttifaqı ilə qarşılıqlı hörmət və maraq prinsipləri üzərində münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsasını təşkil edir.

Prezident cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev

 

İsraildə səfirlik və Fələstində təmsilçilik ofisi açmaq qərarı ölkəmizin milli maraqlarına əsaslanır.

Azərbaycan respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də İsrail dövləti olmuşdur. Azərbaycan xalqı multikultural dəyərlərə sadiq qalaraq öz vətənində uzun əsrlər ərzində müxtəlif xalqlarla sülh və əmin-amanlıq şəraitində birgə yaşamışdır. Yəhudi icmasının əsrlərlə Azərbaycan xalqı ilə birgə yaşamasına rəğmən, onların dini inanclarına daim hörmətlə yanaşılmışdır. Azərbaycan respublikası vətəndaşı olan yahidilər bu dövləti öz vətənləri hesab etmiş, onun uğrunda öz canlarından belə keçmişlər. Albert Aqaqunov Birinci Qarabağ müharibəsində iştirak etmiş, göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür. Tarixin sərt sınaqları Azərbaycan və İsrail xalqını qardaşlaşdırmışdır. Azərbaycan və İsrail xalqları soyqırıma məruz qalan eyni xalqdır. Məhz bu kimi amillər Azərbaycan və İsrail dövlətilərini daha çox yaxınlaşdırmışdır. Hazırda hər iki tərəf arasında münasibətlər ən yüksək səviyyədə təşkil edilmişdir.

Azərbaycan İsrail dövlətinin enerji təhlükəsizliyində əsas rol oynayan dövlətdir. Həmçinin, İsrail dövləti Azərbaycan ordusunun arsenalının ən müasir silahlarla zənginləşməsində əsas tərəfdaş dövlətlərdən birincisi olaraq qalır. İsrail dövləti Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı və işğal siyasətinə görə Ermənistanla ciddi əlaqələr yaratmır, heç bir silah ticarəti etmir. İsrail baş naziri Netenyahu bildirmişdir ki, “Ermənistana heç zaman silah satmayacağıq”.

İsrail hazırda dünyanın həm güc, həm də elm mərkəzlərindən biridir. Bu dövlətlə istənilən tərəfdaşlığın ölkəmiz üçün xeyirli və uğurlu olacağı çox aydın görünür.Səfirliyin açılması məsələsi bəlkə də gecikmiş addımdır. Azərbaycan və İsrail dövlətləri arasında səfirlik daha əvvəlki dönəmlərdə açılmalı idi. Səfirliyin açılması dövlətlər arasında münasibətlərin daha da genişlənəcyinə ümid verir. Azərbaycanın İsraildə səfirlik açması həm də Azərbaycan xalqının mövqeyinin göstəricisi kimi də qiymətləndirilə bilər .Azərbaycan respublikası beynəlxalq hüquqa əhəmiyyət verən dövlətdir. Fələstində Azərbaycan təmsilçiyinin fəaliyyəti ərəb dövlətləri ilə tarixi münasibətin bir elementidir. Bu hadisə Azərbaycanın İslam birliyinə verəcəyi növbəti bir jest və töhfədir.

  Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin müəllimi- Məmmədov Eşqin

 

 

Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək.

 Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Artıq üçüncü dəfədir ki, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Prezident cənab İlham Əliyevin iştirakı ilə bizə şərəf verdiyi birgə beynəlxalq konfrans təşkil edirlər. Bu konfransda regionda baş verən hadisələrin müzakirəsi üçün önəmli platforma olmaqla, postmüharibə dövründə sülh quruculuğu və yenidənqurma işlərinə xüsusi diqqət yetirilir. Dövlətimizin başçısı konfransda çıxış etmişdir. Bu mühüm tədbirin iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də yer alıblar. Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunub. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan lideri respublikamızın əlverişli tariflər təklif etdi­yini və bütün zəruri logistika dəstəyi göstərdiyini də diqqətə çatdırıb: “Yəni, açıq dənizə çıxışı olmayan ölkə olaraq Azərbaycan bu gün regio­nal nəqliyyat mərkəzinə çevrilir – təkcə Şərqdən Cənuba və geriyə deyil, həmçinin Şimaldan Cənuba. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycandan keçir və başqa marş­rut variantı yoxdur. Həmin dəhliz, məsələn, Rusiya şirkətləri üçün əhəmiyyətli olur, çünki bu gün sanksiyalar səbəbindən onlar Avropa məntəqələrinə yük daşıya bilmir”.

Prezident cənab İlham Əliyev daha sonra vurğulayıb ki, iki regional nəqliyyat dəhlizi üzərində yerləşməsi Azərbaycanın geosiyasi əhəmiyyətini artırır və yeni iş yerlərinin yaradıl­masına imkan verir. Dövlət başçısı müsahibədə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin “Şərq-Qərb” dəhlizi qədər vacib olacağı qənaətini də diqqətə çatdırır.

Son illər Azərbaycan bir çox regional layihələrin həyata keçirilməsində aparıcı rol oynayır. Dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından birinə çevrilməklə Azərbaycan özünün regional və qlobal aparıcı qüvvələr üçün dəyərli tərəfdaş olduğunu sübut etmişdir. Azərbaycan böyük beynəlxalq layihələrin – Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin tərəfdaşı olmaqla öz tarixində yeni əsrarəngiz bir səhifə açmışdır.

 Zərdab şəhər 1saylı məktəb-liseyin müəllimi-Çinarə Fərəcova

 

Azərbaycan-Pakistan münasibətləri dostluq və qardaşlıq müstəvisində inkişaf edir.

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.Dövlətimizin başçısı konfransda geniş məzmunda çıxış edərək konfrans iştirakçılarının suallarını cavablandırıb. Çıxışı zamanı ilk öncə konfransda iştirak edən qonaqlara, beynəlxalq ekspertlərə,eyni zamanda belə mühüm məsələlərin müzakirəsi üçün bu önəmli tədbirə ev sahibliyi etdiyinə görə ADA Universitetinə də xüsusi təşəkkürunu bildirib. Prezident cənab İlham Əliyevin çıxışda toxunduğu məsələlərdən biri Pakistanın Ortaq Gələcəyə Malik Cəmiyyət Naminə Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəmin ona ünvanladığı Azərbaycan-Pakistan münasibətləri haqqında olmuşdur. Ölkə başçımız  Azərbaycan-Pakistan münasibətlərindən danışaraq demişdir: “Mən son bir neçə ay ərzində Pakistanın Baş naziri Cənab Şahbaz Şəriflə iki dəfə görüşmüşəm. Biz ikitərəfli əlaqələrimizin gündəliyini geniş şəkildə müzakirə etmişik. Bu, dostluq və qardaşlıq gündəliyidir. Biz Azərbaycanla Ermənistan arasındakı əlaqələrlə bağlı nümayiş etdirdiyi davamlı dəstəyə görə Pakistana çox minnətdarıq. İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman bizimlə olub. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Biz, həmçinin Baş nazirlə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi yollarını müzakirə etdik və sizin qeyd etdiyiniz qərar, Pakistandan gətirilən düyü üçün xüsusi qaydalar bunu əks etdirir. Çünki biz bu addımı qarşılıqlı ticarət artımını stimullaşdırmaq üçün atmağa qərar verdik və Baş nazir Şahbaz Şəriflə müzakirə etdiyimiz kimi, biz bir-birimizi hansı növ məhsullarla təmin edə biləcəyimizi nəzərdən keçirməliyik. Əgər qardaş ölkədə yüksəkkeyfiyyətli düyü varsa, niyə biz düyünü başqa yerdən almalıyıq. Beləliklə, bu qərar açıq-aydın bizim qardaşlıq əlaqələrimizə əsaslanıb” Doğurdan da, Azərbaycanla Pakistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. İki ölkə arasında münasibətlər dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanın ölkəmizə səfəri və səfər zamanı keçirilən görüşlər, müzakirələr bunu bir daha təsdiqləyir.

Onu da qeyd edek ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri də məhz Pakistan İslam Respublikası olub. Danılmaz həqiqətdir ki,qarşılıqlı əlaqələrin inkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də ciddi rol oynayır. Belə ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Pakistanda bir sıra mühüm layihələr həyata keçirib, zəlzələdən zərər çəkmiş məktəblər təmir olunub, tibb müəssisələri müvafiq avadanlıqlarla təchiz edilib.

Azərbaycan və Pakistan çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bu ənənə bu gün də davam etdirilir. Hər iki ölkə tərəfindən tez-tez qarşılıqlı səfərlər həyata keçirilir. Bunun nəticəsidir ki, Pakistan indiyədək Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb, Ermənistanın suverenliyini tanımayıb. Pakistan ilə Azərbaycan arasındakı bu isti münasibətlər parlamentlərarası əlaqələr səviyyəsində, iqtisadi, humanitar, hərbi və digər sahələrdə uğurla davam etdirilir və bu da öz bəhrəsini verməkdədi.

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin müəllimi -İlahə Mustafayeva