Azərbaycan 3 türk ölkəsi ilə ortaq ordu qurur

0
692

Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan ortaq hərbi birlik yaradacaq.
Arazinfo.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Milliyət” qəzeti yayıb. Qəzet bu birliyin Avrasiya Hərbi Statuslu Ordu Qüvvələri adlandırılacağını bildirib. Bu qurumun simvolu at və dörd ulduzdan ibarət olacaq. Yeni qurum 2018-ci ildə rəsmən fəaliyyətə başlayacaq və sadəcə sülh üçün çalışacaq.
Hər ölkəni burada öncə müəyyən edilən sayda kontingent təmsil edəcək. Türkiyəni birlikdə Jandarma Ümumi Komandanlığı təmsil edəcək və o digər ölkələrin ordu qüvvələrinə təlim keçəcək.
Bu qurum BMT Sülhməramlı Qüvvələri kimi çalışacaq.

BIR CAVAB BURAXIN