Havalar soyuduqdan sonra Azəriqaz qaz xəttlərində təmir işləri aparmağa başlayıb.
Halbuki, bu təsərrüfat fəaliyyətlərini ilin isti aylarında reallaşdırmaq mümkün idi. Bakının ərazisində qaz kəsilirsə, əhali bu haqda bir gün öncədən məlumatlandırılır.
Amma təəssüf ki, qaz məhdudiyyətinin olduğu ərazilər tam olaraq adıçəkilən yerləri əhatə etmir. Əlavə “surpriz” ərazilər peyda olur.
Qış fəsli başlayandan demək olar ki, Bakının bütün rayonlarında hissə-hissə təbii qazın verilməsində məhdudiyyətlər yaranıb.
Yeraltı və yerüstü xəttlərin olduğunu, durmadan artmaqda olan yaşayış binaları, fərdi mənzilləri, yeni binaların çoxalmasını nəzərə alsaq, hansısa lokal problemin baş verməsi mümümkündür.
Amma bu problemlərin silsilə hal alması müəyyən şübhələrə yol açır. 16 yanvar tarixində Bakının Yasamal, Binəqədi, Xətai rayonlarında təbii qazın məhdudlaşdırılması ilə bağlı xəbərdarlıq edilsə də, digər rayonlar Xəzər, Sabunçu, Suraxanı diqqətdən kənar qalıb. Bu müddət ərzində 5-10 saat aralığında qaz verilişində problem yaranıb. Problemlər bununla da bitmir. Qazın bərpasından sonra smart tipli sayağaclar bloka düşür.
20 min km dan çox qaz kəməri, bir milyon yarImdan daha çox istehlakçının olduğunu nəzərəə alsaq, koda düşən qaz sayağaclarına əlavə minimum 1 azn-dən yükləmə əməliyyatı həyata keçirilsə 1,5 milyon manat qazanılır.
Məsələnin maraqlı tərəfi isə budur ki, ilk dəfəfədən sayağacı koddan çıxarmaq heç də mümkün olmur. Abonentlərin daha bir şikayəti ödəmə aparatının ödənişləri “yeməsi” ilə də bağlıdır. Nəticə etibarı ilə külli miqdarda ev təsərrüfatı qazsız qalır. Bununla da Azəriqaz xeyli miqdarda “qənaət” etmiş olur. Bu “yarıtmaz” fəaliyyətin neqativ nəticələri isə bitmək bilmir. Çünki soyuq havada alternativ olaraq evləri elektirklə isitmək məcburiyyətində qalırlar. Elektirk xətlərində isə həddindən artıq yüklənmənin artması nəticədə enerjipaylayıcı blokların, yarımpaylayıcı stansiyaların sıradan çıxması baş verir. Təkcə Azəriqazın dünənki “preformansı” nı hesabladıqda milyonlarla məbləğ dövlət büdcəsinə ziyan dəyib.
A24.az