Azərbaycanlı zabitə Pentaqonda yüksək vəzifə verildi

0
370

ABŞ Hərbi Dəniz Donanmasında “John” ləqəbli komandir, həmyerlimiz Nəimi Əmiral ABŞ Müdafiə Nazirliyində F-35 tipli sonuncu nəsil döyüş təyyarələrinin beynəlxalq satışlar departamentində baş inteqrator və heyət başçısı təyin edilib.

Bu barədə Axar.az-a məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.

“Artıq bir aydır ki, yeni təyinatını icra etməyə başlamış həmyerlimiz ilk xarici səfərini də elə keçən həftə qardaş Türkiyəyə edib”, – E.Eltürk bildirib.

Qeyd edək ki, Nəimi Əmiral Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Nyu-York Dövlət Universitetini iki magistr dərəcəsi – İqtisadiyyat və Siyasi Əlaqələr üzrə bitirib. Azərbaycan, ingilis, rus və italyan dillərini mükəmməl bilir. 2001-ci ildə 11 sentyabr hadisələrindən qısa müddət sonra ABŞ Hərbi Donanmasında xidmətə başlayıb və 2005-ci ilin avqust ayında ABŞ Dəniz Donanmasının zabit məktəbini bitirdikdən sonra Prezident Corc Buşun sərəncamı ilə zabit rütbəsi alıb.

Nəimi Əmiral hazırda Amerika Birləşmiş Ştatları Donanmasının Avropa və Afrika qüvvələri baş qərargahında Xarici Əlaqələr Zabiti olaraq xidmətdədir.

Qeyd edək ki, o, uğurlu xidməti sayəsində 12 medalla təltif olunub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

15 − 13 =