AZƏRBAYCANLI İŞ ADAMINI DİRİ-DİRİ BASDIRDILAR – Fotolar

0
783

196031_res_01

 

 

 

 

 

 

 

 

Moskvanın Lyubertsk rayonunda azərbaycanlı iş adamı Hikmət Salayev diri-diri basdırılıb.
 Salayevin ortaqlarına 30 milyon rubl (təxminən 530 min dollar) borcu varmış. Aylardır vəd etsə də, borcunu qaytarmayan Hikməti şərikləri Lyubertsk rayon qəbiristanlığına görüşə çağırıblar. Borcu ala bilməyəcəklərini görən şəriklər onu diri-diri, özü də mobil telefonu ilə birgə qəbiristanlıqda basdırıblar.

196032_src

Amma Salayev qardaşı İsmayıla zəng etməyə imkan tapıb. İsmayıl onlara 1 milyon 200 min rubl və özünün BMW-535 markalı avtomobilini verib. Bundan sonra borc yiyələri onun yerini qardaşına göstəriblər.
Hikmət son anda qəbirdən çıxarılıb və xəstəxanaya yerləşdirilib. Lent.az

196033_src

BIR CAVAB BURAXIN