“Azərbaycanın işğal olunan torpaqları bu il azad ediləcək”

0
631

Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların intensivləşməsi yaxın vaxtlarda münaqişənin həlli ilə bağlı ciddi sıçrayışa səbəb olacaq. ANS PRESS-in məlumatına görə, bunu Rusiya Prezidentinin etibarlı adamı, Rusiya İctimai palatasının üzvü, politoloq Sergey Markov Trend-ə deyib.

“Tezliklə tərəflər arasında müqavilə imzalanacaq, sadəcə sülh razılaşmasının detalları müzakirə edilir”

Onun sözlərinə görə, dünya liderlərinin tez-tez görüşməsi və danışıqlar aparmasının nəticəsində Ermənistan sərhədlərinin açılmasının əvəzinə Azərbaycan torpaqları işğaldan azad oluna bilər.

“Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri azad edəcək və bu il ilk Azərbaycan ailəsi dağıdılmış evlərinə qayıda biləcəklər”, – Markov deyib.

Ekspert hesab edir ki, diplomatik əlaqələrin aktivləşməsi bundan xəbər verir ki, real və intensiv danışıqlar gedir.

“Tezliklə tərəflər arasında müqavilə imzalanacaq, sadəcə sülh razılaşmasının detalları müzakirə edilir”, – Sergey Markov vurğulayıb.

Ekspert həmçinin qeyd edib ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə normallaşma prosesinin başlamasından sonra rəsmi Ankara da hazırki prosesdə müsbət amilə çevrilə bilər.

Sergey Markov - RF Prezidentinin etibarlı adamı, politoloq

Sergey Markov – RF Prezidentinin etibarlı adamı, politoloq

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib.

Lavrovun Bakıda açmadığı Qarabağ sirri

Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupuməşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

BIR CAVAB BURAXIN