Azərbaycanın 2 lisenziyası ləğv olundu

0
603

Azərbaycan ağırlıqqaldıranları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qazanılan 2 lisenziyadan məhrum edilib. ANS PRESS-in məlumatına görə, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) Tbilisidəötən gün baş tutan toplantısında dopinq qalmaqallarını müzakirə edərək mühüm qərarlar verilib.

Boyanka Kostova dopinqdən istifadə etdiyinə görə Rio Olimpiadasına getməyəcək

Olimpiadaya hazırlıq dövründə dopinq-testlərin dəfələrlə müsbət nəticə verməsi səbəbindən Azərbaycanın ağırlıqqaldıran yığmasının 2 lisenziyası (1 kişi, 1 qadın atlet) geri alınıb. Milli komandamız “Rio-2016″da cəmi 3 kişi atletlə mübarizə aparacaq.

Ötən həftə əvvəl Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) 10 idmançını yarışdan kənarlaşdırıb. Siyahıda Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova da var.

Valentin Xristov - atlet

Valentin Xristov – atlet

Boyanka Kostova “London-2012″də 5-ci yerdə qərarlaşıb. O, dünya (2015) və 3 qat Avropa (2012, 2015, 2016) çempionudur.

Bir müddət əvvəl Gənclər və İdman Nazirliyi Azərbaycanın 6 ağırlıqqaldıranının dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılması ilə bağlı açıqlama yayıb. 6 ağırlıqqaldıranımız (Əliquluzadə Elxan, Anqelova Silviya, Quliyev Firidun, Xristov Valentin, Zairov İntiqamın hər biri 8 və Dadaşbəyli Dadaş 4 il)  dopinqdən istifadə etdiklərinə görə diskvalifikasiya olunublar.

BIR CAVAB BURAXIN