Ev Sosial Azərbaycanın əməkdar artistlərinin gizli sevgi münasibəti ortaya çıxdı

Azərbaycanın əməkdar artistlərinin gizli sevgi münasibəti ortaya çıxdı

0
759
Azərbaycanın əməkdar artistlərinin gizli sevgi münasibəti ortaya çıxdı
+

ARB TV-nin “Gəlin danışaq” proqramının qonağı olan əməkdar artist Əjdər Həmidov maraqlı açıqlamaları ilə diqqət çəkib.

Proqram zamanı əməkdar artistin rol aldığı “Kişi sözü” filmindən qəbiristanlıqda çəkilən səhnə yayımlanıb.

Həmin filmdə aktyorun tərəf müqabili olan əməkdar artist Sənubər İsgəndərli müsahibə zamanı həmkarı barəsində ürək sözlərini bölüşüb:

“Əjdərlə ikimizin debütü olub filmdə. İkimiz də eyni həyəcanı keçirirdik. Film, kamera nə idi bilmirdik. Dostluğumuz o vaxtdan başlayıb. Artıq üstündən 30 il keçib. Heç vaxt şöhrət onun başını gicəlləndirməyib. Xarici görkəmi belə dəyişmədi. Əjdər, mənə olan sevgini qəbiristanlıqda basdırdım. Amma o filmdəki “Qasımçik” idi. Bilirəm ki, sənin mənə olan dostluğun ömürlükdür. Çünki bu qarşılıqlıdır. Sənə xəstəlik yaraşmır. Heç vaxt xəstələnmə”.

Ə.Həmidov da S.isgəndərli ilə bağlı fikirlərini dilə gətirib:

“Eşidəndə ki, tərəf müqabilim Sənubər xanım olacaq çox sevindim. Rejissor Cahangir Mehdiyev mənə dedi ki, istəyirəm sən Sənubəri sevəsən. Mən də dedim ki, sevmək sifarişlə deyil ki, gərək hislər olsun. Dedi ki, yox, bacar sev. Yoxsa alınmayacaq. Amma alındı. Sevgimiz filmin sonunda bitdi. 3 aylıq sevgi idi”.Qaynarinfo.Az

 

BIR CAVAB BURAXIN