Azərbaycandan gedən “xozeyinə” görə Dağıstanda qarşıdurma

0
647
 

Mahaçqala şəhərinin yaxınlığında yerləşən Krasnoarmeyski qəsəbəsində dramatik hadisələr yaşanıb. Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, yerli sakinlər dövlətin yaşayış məntəqəsi üçün ayırdığı torpaq sahəsi üstündə yerli hakimiyyətlə davaya qalxıb. Əhalinin fikrincə, məmurlar həmin torpağı öz adlarına qeydiyyatdan keçiriblər.

Kənd administrasiyası və tikinti işlərini aparanlarla söz güləşdirmə bir müddət sonra əsl davaya çevrilib. Hadisə yerinə polis əməkdaşları gəlib. Camaat hüquq-mühafizə orqanı əməkdaşlarının maşınını daşa tutublar və avtomobil tərəfə zir-zibil atıblar. Yalnız polis əməkdaşlarının tabel silahına müraciət etməsindən sonra kütlə “özünə gəlib” və dağılışıb. Qeyd olunur ki, polis havaya atəş açıb.

“15 ildən çoxdur ki, bizi bura köçürərkən dövlətin ayırdığı 49 hektar torpaq ərazisini qoruyub saxlamağa çalışırıq”, – Krasnoarmeyski sakinlərindən biri deyir. Onun sözlərinə görə, yerli məmurlar camaatın icazəsi olmadan torpağı öz adlarına qeydiyyatdan keçiriblər, lakin əhali burada tikinti işlərinin aparılmasına yol verməyib.

“Bu ərazidə bizim qəbiristanlığımız da yerləşir. Lakin indi məlum olur ki, torpağın Azərbaycandan gəlmiş yeni sahibi var. O, ağır tikinti texnikasını sahəyə salaraq burada hansısa işləri aparmaq istəyib. Biz buna qarşı çıxdıq və etiraz aksiyası keçirdik. Administrasiyadan məmurlar gəldi. Texnikanı mübahisəli əraziyə buraxmırdıq, lakin polis əməkdaşları araya girdi. Zabitlərin göstərişinə baxmayaraq, geri çəkilmədik. Sonra uşaqlar asayiş keşikçiləri ilə davaya girişdilər. 10 nəfər tutulub”, – sakin qeyd edib.

BIR CAVAB BURAXIN