Evindən oğurluq olunması ilə baglı polisə müraciət edən şəxsin özü saxlanılıb.
“Qaynarinfo.Az” xəbər verir ki, Ağsu rayonu Qaraqaşlı kənd sakini Sədaqət Qədirov Ağsu rayon Polisə bildirib ki, mayın 10-da gecə saatlarında naməlum şəxslər onun evinin pəncərəsini sındıraraq içəri daxil olub və oradan 200 manat pul, 2 ədəd qızıl üzük oğurlayıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən – Qaraqaşlı kənd sakinləri 22 yaşlı Şamxal Məmmədov, 28 yaşlı Elçin Abdullayev və 33 yaşlı İlkin Fərəcov saxlanılıb. Sədaqət Qədirovun qızı Səbuhə Yusifova bildirib ki, oğurluq edən şəxslərə rəhbərlik edən Şamxal Məmmədov onun bibisi oğludur.
Saxlanılan şəxslərdən 5 ədəd qumbara, 1 ədəd kustar üsulla düzəldilmiş tapança və 4 ədəd alışdırıcı götürülüb.Onlar verdikləri izahatda silah-sursatı oğurluq etdikləri evdən, yəni Sədaqət Qədirovun mənzilindən oğurladıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq polis əməkdaşları Sədaqət Qədirovun evinə baxış keçirən zaman oradan 25 ədəd pulemyot patronu və 1 ədəd qumbara alışdırıcısı aşkar edərək götürüblər.
Polis hadisənin təfərrüatlarını araşdırır. /xezerxeber.az
Qaynarinfo.Az