Azərbaycanda kreslosundan birbaşa türməyə gedənlər

0
604

Korrupsiya, saxtakarlıq və digər cinayətlər törətdiyinə görə qandallanan nazirlər, deputatlar…

Xəbər verdiyimiz kimi, rusiyalı senator Rauf Araşukovun yanvarın 30-da Moskvada Federasiya Şurasının toplantısı zamanı həbs edilməsinin təfərrüatı məlum olub. Şuranın iclası əvvəlcə mətbuat üçün açıq keçirilirmiş və canlı yayımlanırmış.

Lakin sonradan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko toplantını bağlı elan edib və yayım dayandırılıb. Bundan sonra Rusiyanın baş prokuroru Yuri Çayka İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinlə birlikdə zala daxil olaraq, R.Araşukovun senator kimi toxunulmazlığının ləğv edildiyi barədə qərarı oxuyub.

Bundan sonra senator iclas zalından qaçmaq istəyəndə prosesə Federasiya Şurasının sədri V.Matviyenko müdaxilə edib. O, sərt səs tonu ilə R.Araşukovu müqavimət göstərməməyə çağırıb.

R.Araşukov 1986-cı il iyulun 23-də Stavropol diyarı, Qaraçay-Çərkəz Muxtar Dairəsinin Xabez aulunda anadan olub. 18 yaşında Stavropol şəhərinin deputatı seçilib. Qaraçay-Çərkəzin prezidenti Mustafa Batdıyev 2008-ci ildə 22 yaşlı R.Araşukovu muxtar dairənin əmək və sosial inkişaf naziri təyin edib.

Rauf Araşukov ile ilgili görsel sonucu

Rauf Araşukov

2008-ci ildə respublika prezidentinin köməkçisi olub. 2010-cu ildən “Vahid Rusiya” Partiyasının dəstəyi ilə Qaraçay-Çərkəz Xalq Məclisinin deputatı seçilib. Həmin ilin aprelində deputat mandatından imtina edib.

O, 2016-cı ildə Federasiya Şurasının üzvü (senator) seçilib. 2018-ci ildə Birləşmiş Ərəb Əmirliyi sənədləri saxtalaşdırmaqda ittiham edərərk, ona qarşı cinayət işi başlayıb.

Xuliqan, rüşvətxor deputatlar… necə həbs olunub?

“Yeni Müsavat” bu hadisənin izi ilə bu günə qədər vəzifə başında həbs edilən məmurların, nazirlərin və deputatların siyahısını hazırlayıb. Təbii ki, bir yazıya bütün siyahını sığışdırmaq mümkün deyil.  Amma daha çox səs-küy doğuranları tarixin tozlu arxivlərindən tapıb, sizlərə təqdim edirik.

2014-cü ildə Böyük Britaniya polisi dəlisov xasiyyəti ilə tanınan deputat Erik Coysu növbəti davaya görə həbs edib. 2017-ci ildə Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Enis Berberoğlu 25 il müddətinə azadlıqdan məhrum edilib.

2017-ci ildə Xalqların Demokratik Partiyasının (HDP) Adanadan seçilmiş millət vəkili Meral Danış Beşdaş və İstanbudan seçilmiş millət vəkili Hüda Qaya həbs olunub.

2018-ci ilin noyabrında Braziliya polisi korrupsiyaya qarşı mübarizə çərçivəsində 10 deputat və 1 dövlət şirkətinin rəhbəri də daxil olmaqla 22 nəfəri həbs edib.

2015-ci ildə Ukraynada fövqəladə hallar naziri Sergey Boçkovskiy və onun müavini Vasili Stoyetskiyni korrupsiya ittihamı ilə həbs edilib.

2016-cı ildə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev 2 milyon dollar məbləğində rüşvət almaqda təqsirləndirilərək həbs olunub.

2018-in oktyabrında Krımın baş nazirinin müavini Vitali Naxlupin Moskvada həbs edilib.

2017-ci ildə Cənubi Koreyanın adı korrupsiya qalmaqalında hallanan mədəniyyət, turizm və idman naziri Ço Yun Sun da korrpusiyada günahlandırılaraq həbs edilib. O, ölkə tarixində vəzifə başında həbs olunan ilk nazirdir.

Keçək öz deputatlarımıza və nazirlərimizə.

İqbal Ağazadə ile ilgili görsel sonucu

2003-cü ildə keçirilən prezident seçkiləri zamanı baş verən qarşıdurmanın nəticəsi deputat İqbal Ağazadə üçün ağır oldu. Həmin vaxt deputat İqbal Ağazadəyə “kütləvi iğtişaş” maddəsi ilə cinayət işi açıldı, toxunulmazlıq hüququ əlindən alındı və həbs olundu.

Hüseyn Abdullayev ile ilgili görsel sonucu

Milli Məclisin 2007-ci ildəki yaz sessiyasının iclasında hökumətin hesabatı təqdim olunarkən deputat Hüseyn Abdullayevin etiraz çıxışı parlamentdə böyük qalmaqalla nəticələndi. Fəzail Ağamalının replikasına H.Abdullayevin əsəbi reaksiyası əlbəyaxa dava ilə nəticələndi. Dava-dalaşdan sonra Milli Məclisin İntizam komissiyası H.Abdullayevin işi ilə bağlı kəskin qərar çıxardı. Mandatdan məhrum olunan deputat barəsində Baş Prokurorluq cinayət işi açdı. 2 aylıq həbsdən sonra azadlığa buraxılan H. Abdullayev daha sonra Almaniyaya getdi, bir neçə il orada qaldı, 2018-ci ildə isə Türkiyədə yenidən həbs edilərək Azərbaycana gətirildi. Hazırda istintaqı davam etdirilir.

Gülər Əhmədova ile ilgili görsel sonucu

Daha bir qalmaqallı deputat həbsi Gülər Əhmədovanın adı ilə bağlıdır. 2012-ci ilin sentyabrında ABU-nun eks-rektoru Elşad Abdullayevin yaydığı videoda deputat mandatı ilə bağlı bazarlıq faktı ölkədə ciddi səs-küy doğurdu. Elə həmin ilin noyabrında öz mandatından imtina edən G.Əhmədova bunu istintaqa kömək məqsədilə etdiyini vurğulamışdı. 2013-cü ildə isə Baş Prokurorluq eks-deputatın həbs olunması ilə bağlı qərar qəbul edib.

Əli İnsanov, Fərhad Əliyev... ile ilgili görsel sonucu

Nazir kreslosu-türmə hücrəsi:  Əli İnsanov, Fərhad Əliyev…

Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında həbs olunub və bu günə qədər həbsdədir. 11 il azadlıqdan məhrum edilən Ə.İnsanovun həbs müddəti daha sonra 7 il də artırılıb. Hazırda cəzaçəkmə müəssisəsində cəzasını çəkir.

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də vəzifə başında həbs olunub. 2005-ci ilin oktyabrında “Azpetrol” şirkətinin prezidenti olan qardaşı Rafiq Əliyevlə birgə həbs edilən Fərhad və Rafiq Əliyev qardaşları 8 il türmədə saxlanıldıqdan sonra – 2013-cü ilin oktyabrında əfv fərmanı ilə azadlığa çıxıblar.

Keçmiş milli təhlükəsizlik naziri Nəriman İmranov 1994-cü il oktyabr ayının 15-də bir qrup şəxsin MTN-in (2016-cı ildə ləğv edilib-red.) istintaq təcridxanasından qaçırılmasının təşkilində iştirakda, vətənə xəyanətdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum olunub. Prezident İlham Əliyevin sərəncamı ilə 2002-ci ildə əfv edilib.

2005-ci ilin oktyabrında Əli İnsanov və Fərhad Əliyev həbs edilərkən  bu proses üzrə saxlanılan Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş rəhbəri Akif Muradverdiyev bir müddət sonra həbsdən buraxılsa da, sonradan yenidən həbs edilib. O, bir neçə il sonra digər cinayət əməli törətdiyinə görə həbs edilib, 2016-cı ildə yenidən azadlığa qovuşub.

Fikrət Sadıqov həbs ile ilgili görsel sonucu

“Azərkimya” Dövlət Şirkətinin sabiq prezidenti, keçmiş deputat Fikrət Sadıqov da 2005-ci ilin oktyabrında həbs edilənlərdəndir. O, bir neçə gün həbsdə qaldıqdan sonra ev dustağı edilib, daha sonra siyasi meydanı tərk edib, elmlə məşğul olub.

Hacı Məmmədov ile ilgili görsel sonucu

DİN-in Cinayət-Axtarış Baş İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov adam oğurluğu və digər ağır cinayətlərdə ittiham olunaraq həbs edilib. Ömürlük həbs cəzasına məhkum edilən H.Məmmədov 2017-ci il dekabrın 3-də saxlanıldığı cəzaçəkmə müəssisəsində intihar edib.

Akif Çovdarov ile ilgili görsel sonucu

MTN-in sabiq idarə rəisi, general-mayor Akif Çovdarov 2015-ci ilin oktyabrında həbs edilib. 12 il müddətinə azadlıqdan məhrum edilən A.Çovdarov hazırda cəzasını çəkir və istintaq təcridxanasındadır.

general-mayor Teymur Quliyev ile ilgili görsel sonucu

MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev də “MTN işi” üzrə həbs olunub. 12 il müddətinə həbs olunan keçmiş mərkəz rəhbərinin məhbəs həyatı davam edir.

Ä°lgili resim

MTN-in Antiterror Mərkəzinin keçmiş rəisi, general-mayor Elçin Quliyev də 2015-ci ildə həbs olunub, 10 il 6 ay cəza alıb. Hazırda türmədədir.

Ä°lgili resim

2015-ci ildə “MTN işi”nə görə həbs edilən MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov da qandallanıb, məhkəmənin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum olunub. O da hazırda həbsdədir.

Sevinc TELMANQIZI,

“Yeni Müsavat”