Bərdədə 5,1 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətindən məlumat verilib.
Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Yeraltı təkan güclü olduğu üçün Qərb, Şimal-qərb və Aran bölgəsində bir neçə rayonda hiss edilib.
Rəşad Fərzəliyev adlı sosial şəbəkə istifadəçisi zəlzələ anında çəkdiyi videonu paylaşıb:
Mehin Mirzəzadə: “Allah sən saxla. Mən hələ belə şey görməmişdim. Öncə mərmilərin töküldüyünü zənn etdik. Sonra zəlzələ olduğunu bildik. Bu da zəlzələdən sonra evin vəziyyəti”: