Azərbaycanda 88 yaşlı kişi həyat yoldaşından boşanıb, yenidən evlənmək istəyir

0
699

88 yaşlı kişi arvadını boşamaq üçün məhkəməyə müraciət edib.

“Arazinfo.com”  Xezerxeber-ə istinadən xəbər verir ki, bu barədə kişinin həyat yoldaşının vəkili Asif Abdullayev məlumat verib. Onun sözlərinə görə qadın kişidən bir neçə yaş kiçikdir.

Ehtimal var ki, kişi ahıl yaşında yenidən ailə qurmaq istəyir. O yeni arvadının boşadığı arvadı ilə eyni evdə qalmaması üçün əvvəlki arvadının mənzil hüququndan məhrum edilməsi üçün də müraciət edib.

Maraqlısı budur ki, kişi guya arvadını qısqandığı üçün boşanmaq qərarına gəlib.

Psixoloq Elnur Rüstəmov deyir ki, yaşlı cütlüklərin boşanması istənilən halda cəmiyyət üçün mənfi örnəkdir.

Psixoloqun fikrincə, belə şəxslərin ailə üzvləri də boşanmaya görə mənəvi məsuliyyət daşıyır.

BIR CAVAB BURAXIN