Azərbaycanda 390 min əlil pensiyaçı var

0
771
Azərbaycanda əlilliyə görə pensiya alanların sayı açıqlanıb.
Arazinfo.com xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.
 E.Babayev bildirib ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2017-ci ilin 01 oktyabr tarixinə 1 milyon 330 min nəfərə əmək pensiyası ödənilir:
“Onlardan 390 151 nəfəri və ya 29,3 faizi əlilliyə görə əmək pensiyası alanlardır. Digərlərini isə yaşa görə və ailə başçısını itirməyə görə əmək pensiyası ilə təmin olunanlar təşkil edir”.
Qeyd edək ki, Azərbaycanda əmək pensiyasının 3 növü vardır: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.

BIR CAVAB BURAXIN