Azərbaycanda Əlifba və Azərbaycan dili günü qeyd olunur

0
645

Bu gün 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür.APA-nın xəbərinə görə, 2001-ci ilin avqustun 1-dən etibarən ölkədə kiril qrafikasından latın qrafikalı Azərbaycan əlifbasına keçilib. Bu tarix Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanına əsasən qeyd edilir.
Azərbaycan dili xalqın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdən hesab olunur. Harada yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımızın mədəni inkişaf və ünsiyyət vasitəsi olan dilimiz tarixən böyük inkişaf yolu keçib, zaman-zaman ən müxtəlif təqib və təzyiqlərə məruz qalsa da, yenə öz varlığını qoruyub saxlayıb.
Prezident İlham Əliyevin müxtəlif illərdə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında”, “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” və digər Sərəncamları ölkə başçısının dilə, mədəniyyətə, zəngin mənəvi dəyərlərə bəslədiyi böyük hörmət və ehtiramın bariz nümunəsidir.

PS/ Qeyd edək ki, Azərbaycanda ilk dəfə latin qrafikali əlifba ilə qəzet buraxan  Türkiyədəki son hadisələr nətəcəsində  bağlanan “Zaman-Azərbaycan qəzeti olub”

BIR CAVAB BURAXIN