Azərbaycan ziyalılarına döyüşkənlik ruhunu yox edən həblər verilib…

0
387

Araşdırmaçı professor, keçmiş “KQB” polkovniki Rövşən Novruzoğlunun gizli xarici arxivlərdəki mənbələr əsasında hazırlanmış “Ölüm hüceyrələri” təhqiqat əsərində XX əsrin əvvəllərindən bəri həm Azərbaycanı işğal altında saxlayan SSRİ adlı Rusiya imperiyasının, həm də Böyük Britaniya, ABŞ kimi “modern” impeiyaların xüsusi kəşfiyyat qurumlarının Azərbaycan xalqının zəngin genefondu üzərində apardığı  vəhşi qətliam və zorakılıqlarla müşayiət olunan amansız və qeyri-insani gizli tədqiqatlarının üzə çıxardığı ağlagəlməz özəlliklərdən, eləcə də ölkəmizin ayrı-ayrı sirli məkanlarını soykökümüzdə iz buraxan qeyri-adi xüsusiyyətlərindən bəhs edilir. Məlum olur ki, adı çəkilən imperiyalarla yanaşı, əksər xarici dövlətlər də Azərbaycan insanının əsl genomundan qorxduğundan bu xalqı hər vasitə ilə əzməyə, məhv etməyə çalışıb və çalışmaqdadır…

Bir həftə ərzində Azərbaycanın  1300 alim və tədqiqatçısına guya immuniteti gücləndirən “Herabl” həbi paylandı

Araşdırma materiallarına görə, 1953-cü ilin fevralın 3-dən Azərbaycan ərazisində ziyalılara, düşünən beyinlərə qarşı «Gen əməliyyatı» (camaat ona «Şuvalov əməliyyatı» deyirdi) başlanıldı. 1953-cü ilin fevralın 6- 8-də elm və təhsil ocaqlarında çalışan alim və tədqiqatçılarımıza «Herabl» həbləri paylanıldı (Bu həblər alim və tədqiqatçılarımızın insanlara immunitetlərini artırmaq üçün verilirdi (?). Zahirən belə idi. Amma fakt bu idi ki, «Herabl» həbləri artıq paylanmışdı).

Məlumata görə, bir həftə ərzində tədris məntəqələrində min üç yüz «Herabl» həbi paylanılmışdı.

 

Bu həbləri qəbul edən bədən bütövlükdə öz döyüşkən ruhunu itirir…

 

Müharibədən çıxan, ağır günlərini yaşayan adamlar onlara edilən ən adi yardımları həvəslə qarşılayırdılar. İnsanlar bir-birlərindən xəyanət və pislik gözləmirdilər. «Herabl» preparatları insanları kütləvi şəkildə süstləşdirir, ürək döyüntülərin əndazədən çıxarır, bədən bütövlükdə öz döyüşkən ruhunu itirir. Hesablamalara görə, məhz «Herabl» həblərindən sonra Azərbaycanda ziyalılar arasında sonsuzluq və ölüm halları artır. Məlumata görə, 1953-cü ilin fevralın birinci yarısında «Herabl»dan zəhərlənib ölən alimlərin ümumi sayı 10 nəfəri ötür. On doqquz nəfər bacarıqlı alim müəmmalı şəkildə həyatını itirərək sıradan çıxıb. Amma bütün vaxtsız, vədəsiz işləri yoluna qoymaq lazım idi…

 

Araşdırma materiallarına görə, «Gen əməliyyatı»na başçılıq edən kəşfiyyat generalı E.M.Şuvalovun rəhbərliyi altındakı qrupun üzvləriylə görüşən alimlərin bir qisminin artıq genetik kodlarında dəyişmələr müşahidə olunurdu. Alimlər arasında yayılan ruh düşkünlüyü, psixoloji yorğunluq və halsızlıq, vaxtından qabaq qocalmaların sayı artırdı…

 

Araşdırma materiallarına görə, general E.M.Şuvalov Azərbaycan alimlərinə, düşünən beyinlərinə qarşı daha ciddi bir planın həyata keçməsinə cəhd edirdi. Biz alimlərimizə, güclü zehni olan, beyin çəkilərinə görə, baş-kəllə quruluşlarına görə, geniş alınlarına və işıq saçan gözlərinə görə fərqlənən ziyalılarımıza qarşı (söhbət Azərbaycan ərazisindən gedir) aparılacaq plandan danışacağıq. Hələlik isə yarımçıq qalmış fikir və düşüncələrimiz, sənədlərimiz və faktlarımız var…

 

Araşdırma materiallarına görə, 1953-cü ilin fevralın 21-də Azərbaycana  digər bir «Genetiklər ekspedisiyası» gəlir. Səbəb və məqsədləri açıqlanmayan yeddi nəfərlik bu qrupun üzvlərinin hamısı ölkənin Müdafiə Nazirliyinin Leninqraddakı hərbi-sənaye kompleksinə məxsus, ən ağır ürək və şəkər xəstəlikləri üçün vaksinlər, digər dərman preparatları hazırlayan hərbi sənaye kompleksinin əməkdaşları idi. Məlumata görə, bu adamların hər birinin Azərbaycanın yaşayış məntəqələri haqqında geniş məlumatları var idi. Həmin anlarda isə general Şuvalovun qrupu Azərbaycanın doğum evlərində dünyaya gələn uşaqlarda baş verən və sürətlə gedən genetik prosesləri, dəyişmələri, qan hüceyrələrinin immunitet səviyyəsini, uşaqların beyin çəkilərini,  ürək döyüntülərinin sayını hesaba alırdılar…

“Generalın masasının üzərində Azərbaycanın Mələklərin doğulduğu yerləri göstərilən VI əsrə aid olan kəşfiyyat xəritəsi vardı…”

Səbəbi bilinmədən intihara əl atıb «oyundan» çıxan professor, kəşfiyyat zabiti N.Q.Xamutovun şəxsi arxivində saxlanılan məktubların birində o, yazırdı: «… Mən işlədiyim yerlərdə, ərazilərdə ancaq Dövlətin mənə etibar etdiyi vəzifələri yerinə yetirmişəm…. Azərbaycan mənim üçün yeni bir tarixi yaddaş olacaqdı. Mən həmişə generalın stolunun üstündə cızılmış qədim xəritəyə baxmağa can atırdım. O isə üstündə bir neçə möhürü olan xəritəni heç kəsə vermək istəmirdi. Çünki bu, onun üçün «Dövlət Sirri» olaraq qalırdı. Onu da qeyd edim ki, bu əsl xəritənin köçürülməsi idi. Sonradan öyrəndim ki, (bunu mənə general Şuvalov özü dedi) bu xəritə VI əsrə məxsus bir xəritədir. Burada təsvir olunan ərazi bu günkü Xəzər sahilindəki Azərbaycan torpaqlarıdır. Dairəyə alınmış yaşayış məntəqələri isə Mələklərin dünyaya gəldiyi, doğulduğu yerlərdi…»

 

Xatırladım ki , professor Xamutovun açıqlaması doğru açıqlamadır. Qərara gəldik ki, gələcək yazılarda o yerləri nişan verək, əldə etdiyimiz məlumatları sizinlə bölüşək(Mən bir daha xatırladıram ki, verilən məktubların, açıqlamaların mənbəyi var. Çünki hər bir yazının,Ö araşdırmanın gücü onun mənbəsindədir). Amma bizim əsas məqsədimiz var. O məqsəddən isə yayınmağa haqqımız yoxdur. Mutasiya layihələrindəki yaşayış məntəqələrində baş verən genetik dəyişikliklərə gəlincə, bütün bunlar hələlik faciəmiz olaraq qalır…

 

Azərbaycanda   göylə sirli təmas quran yaşayış yerləri var…

(Mənim bu günkü açıqlamalarım sizi çaşdırmasın. Çünkı mən hələ mövzunu bitirmədim. Amma nə etmək ki, müəyyən məqamlarda bəzi mətləbləri açıqlamaq yerinə düşür. Məsələn, məlumata görə, 2013-cü ilin sentyabrın əvvəllərində rus kəşfiyyatçısı və araşdırıcısı Anna Çapmanın erməni separatçıları tərəfindən işğala məruz qalmış Dağlıq Qarabağ ərazisində görünməsi, bəzi yaşayış məntəqələrində olması, o yerlərin göylə təmas quran yaşayış yerlərini axtarması (Qarabağda belə yerlər var) şəxsən mənim üçün maraqlı idi. Məlumata ğörə Anna Çapman IX əsrin kəşfiyyat xəritəsiylə Dağlıq Qarabağ ərazilərini gəzmiş, amma əliboş qayıtmışdı. Çünki onun əlindəki xəritə yarımçıq xəritə idi. O, heç nə apardı… O, gecikmişdi. Onun axtardığı bizdə idi… Biz isə vaxt, zaman gəlincə hər şeyi sizlərə yetirəcəyik. Kəşfiyyat polkovniki Anna Çapman yarımçıq getdı…)

Böyük Karl: “Sarayımdakı qızların ən gözəli və qüvvətlisi Muğandan olacaq…”

Böyük Karlın Muğan xanımları ilə ailə qurması nəticəsində kral ailəsini və nəslini vərəmin,  xərçəng şişlərinin, ürək-damar çatışmazlığının, sümük və boy xəstəliklərinin sindromlarından xilas edib.

Araşdırmalara görə, Nestori təliminin (təriqətin əsasını Antakiya keşişi Nestori qoyub. Nestorilər arasında ruhun tam saflığına çatmaq və gizli mətləbləri anlamaq ümidi ilə özünə cismani əziyyət vermək, dünya nemətlərindən imtina etmək və yarıac qalmaq kimi tərkidünyalıq geniş inkişaf etmişdı) ardıcılı olan katolikos I Timofeyin (780-825) təkidi ilə VIII əsrin sonlarında Muğanda yekiskopluq təsis edilib. Rahib İlya yepiskop seçilib. Məlumata görə, 796-cı ildə Rahib İlya Fransa kralından bir-birinin ardınca üç məktub alır və məktubların üçü də eyni olduğundan biz ancaq onun biri haqqında danışırıq. Kralın “Payız məktubu”nda Böyük Karl (782-814) Rahib İlya üçün yazırdı: “… Sən böyük və igid adamsan, müqəddəs İlya… Fransa krallığı Muğan torpağı ilə qohumluq əlaqəsi qurmaq istəyir. Mənim 27 yaşım var. Sarayımdakı qızların ən gözəli və qüvvətlisi Muğandan olacaq. Bu, mənim fikrimdir. Mən öz nəslimi güclü, xəstəlik və epidemiyalara qarşı dözümlü, mərd və məğrur görmək istəyirəm. Mənim filosoflarım və təbabət alimlərim təkid edirlər ki, hökmən evlənəcəyim qadınlardan biri Muğandan olsun. Bunun üçün sənə əvvəlcədən yüz Suriya qızıl onluğu, bir cüt üstündə 6 brilyant qaşı olan İran boyunbağı göndərirəm…”

 

Araşdırma materiallarına görə, Rahib İlya Muğanın Xan, Çırpılı, Çəhrayı, Quş Bazarı yaşayış məntəqələrindən bir-birindən gözəl qızları Fransa Krallığına yola salır.  Fransa hökmdarı Böyük Karlın ailə qurduğu Muğan qızlarının hər birindən iki uşaq dünyaya gəldi…

 

Mən burda təqdimatımı dayandırıram. Fransa ilə Muğan arasında bağlanmış nikah sonralar böyük bir nəslin və ailənin qohumluq əlaqələri belə başladı. Amma bu məsələ bu günədək tədqiq olunmadı və araşdırılmadı…

 

Fransa kralının Anabəyimdən olan Filipp adlı oğlu 98 yaşında vəfat edir və indiki Beyləqan ərazisində dəfn olunur…

 

Başqa bir məlumatda isə bildirilir ki, Muğanın Xan ərazisindən olan Anabəyimin doğduğu oğlan uşağı səkkiz aylığında öz dayəsi ilə Muğana gəlir və bir daha qayıtmır. Araşdırma materiallarına görə, Fransanın kralı Böyük Karlın Muğan torpağından olan Anabəyimdən olan Filipp adlı oğlu 98 yaşında vəfat edir və indiki Beyləqan ərazisində dəfn olunur. Məlumata görə (dövrün tarıxı sənədlərini araşdıran rus alimi M.M.Samsonovun fikrincə), Filippin 6 oğlu, 3 qızı olur. XIX sonu XX əsrin əvvəllərində Azərbaycanda geniş ad-san qazanmış Məşədi Məhəmməd, Hacı Mahmud Ağa, Kərbəlayi Yəmınbacı onun kiçik qızının ocağından olanlardır. Araşdırma materiallarına görə, XX əsrin əvvəllərində Məşədi Məhəmməd indiki Cəlilabad yaşayış məntəqəsini Rusiya taciri Boqomoldan iki min qızıl onluğa alır  (Ərazinin əvvəlki adı Güllücə dərəsi, Həməşara, Hacıllı, Astraxanbazar).

 

Cəlilabad rayonunun planı Fransanın Şerbur yaşayış məntəqəsinin planı ilə eynilik təşkil edir…

Başqa bir məlumatda isə bildirilir ki, Məşədi Məhəmməd bir fransız memarı ilə Güllücə dərəsində yaşayış məntəqəsi salır. Məsələn, bu günkü Cəlilabad rayonunun planı Fransanın Şerbur yaşayış məntəqəsinin planı ilə eynilik təşkil edir…

(Davamı var)

Təqdim etdi: Sultan Laçın