Azərbaycan yığmaları 2-ci turda 4 qələbə qazanıblar

0
313

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün ikinci turun oyunları keçirilib. Kişilərdən ibarət əsas millimiz Makedoniya ilə qarşılaşıb. Görüş yığmamızın təmiz qələbəsi ilə başa çatıb – 4:0

İkinci yığmamız isə Litvaya cəmi yarım xal verib – 3.5:0.5. Kişilərdən ibarət üçüncü komandamız Belarusa məğlub olub – 0.5:3.5.

Favoritlərdən Rusiya Türkmənistanı – 4:0, ABŞ Şotlandiyanı – 3.5:0.5, Çin Belçikanı – 3.5:0.5, Ukrayna isə Albaniyanı – 3.5:0.5 məğlub edib.

Qadınlardan ibarət əsas millimizin rəqibi Meksika olub. Zəirflərimiz çətin də olsa, qalib gələ biliblər – 2.5:1.5. İkinci komandamız da Monqolustanı eyni hesabla yenib – 2.5:1.5. Üçüncü yığmamız isə Türkiyə qarşısında məğlubiyyətlə barışmalı olub – 1.5:2.5.

Favoritlərdən Çin Monteneqronu – 4:0, Ukrayna Moldovanı – 3.5:0.5, Rusiya Ekvadoru – 4:0, Hindistan isə Braziliyanı – 3:1 məğlub edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three × 2 =