Ötən ilin iyunundan etibarən enerji təhlükəsizliyi məsələlərində xeyli hadisələr baş verib. Əvvəlcə, Azərbaycan və Avropa Komissiyası Enerji Sahəsində Anlaşma Memorandumunu imzalayıblar. Memorandum Bakıda Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayenin iştirakı ilə imzalayıb
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu təbii qaz ixracının həcmini artırmaqla yekunlaşmır. Ölkəmiz olduqca zəngin alternativ enerji potensialına malikdir. Azərbaycan günəşli ölkədir və paytaxt Bakı küləklər şəhəri kimi tanınır. Bu amillər Azərbaycanın enerji ixracını genişləndirmək imkanlarını daha da artırır. Energetika Nazirliyinin hesabatında Azərbaycanın quruda 26 meqavatdan çox külək və günəş, Xəzər dənizində isə 157 meqavat həcmində külək enerjisi potensialının mövcudluğu qeyd edilib. Bundan başqa, işğaldan azad edilən ərazilərdə – Qarabağda və Zəngəzurda külək, günəş və hidroenerji potensialının 10 meqavatdan çox olduğu bildirilib. Nazirliyin mütəxəssislərinin rəyinə əsasən, bərpa olunan enerjinin payı 2026-cı ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırılacaq. Ümumi investisiya dəyəri 500 milyon dollardan çox olan 240 MVt gücündə “Xızı-Abşeron” külək və 230 MVt gücündə “Qaradağ” günəş elektrik stansiyalarının inşasına başlanılıb. Ötən ilin iyun ayında Azərbaycan və Avropa Komissiyası Enerji Sahəsində Anlaşma Memorandum unu imzalayıblar. İmzalanma mərasimində çıxış Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayen Azərbaycanı etibarlı tərəfdaş adlandıraraq qeyd etdi ki, Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli Avropa üçün əhəmiyyətli layihədir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Bu faktlar onu deməyə əsas verir ki, Azərbaycan müasir dünyada ən dinamik inkişaf edən dövlətlərdən biridir. Regiondakı siyasi gərginliyə, münaqişələrə və təzyiqlərə baxmayaraq, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasətini uğurla həyata keçirir, müəllifi olduğu strateji layihə və təşəbbüsləri ardıcıl şəkildə reallaşdırır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın Avropaya təbii qaz, elektrik enerjisi və digər resursları ixrac etməsi təkcə iqtisadi məsələ deyil. Nəzərə almaq lazımdır ki, Avropa yuxarıda göstərilən beynəlxalq əhəmiyyətli layihələri reallaşdırmaq üçün Azərbaycana iri həcmdə investisiya da yatıracaq. Bu isə dövlətimizin iqtisadi inkişafına böyük təkan verməklə yanaşı, həm də siyasi dividend qazandıracaq.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov