Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa əsaslanaraq həyata keçirməkdə davam edəcək

0
1889

Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.

Məlum olduğu kimi Prezidentimiz cənab İlham Əliyev sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatlatına üzv ölkələrin sammitində çıxış etdi və ilk öncə öz çıxışında Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarından danışdı.O bildirdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə töhfələr verib. 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratdı. Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanla əməkdaşlıq edən ölkələrin nəqliyyat imkanları da artacaq.Amma hələ ki, bu dəhlizin açılmasına mane olan bəzi qüvvələr buna imkan vermir. Amma buna baxmayaraq bu dəhliz açılacaq və Azərbaycan və bir çox ölkələr bu dəhlizdən istifadə edəcəklər.

Sentyabrın 13-də Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi gelnişmiqyaslı hərbi təxribat və dünya ictimaiyyətinin,beynəlxalq təşkilatların buna biganəliyi regionda həm sülhü, həm də inkişafı ləngidir. Hətta böyük güclər Ermənistana dəstək verirlər, Azərbaycanı günahkar çıxarırlar. Ancaq Azərbaycan həmişə beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşan və regionda böyük nüfuz sahibi ölkələrdən biri olub.2019-cu ildən Azərbaycanın 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrlik etməsi bütün bunlara əyani sübutdur.

Zərdab rayon Körpükənd kənd tam orta məktəbin müəllimi -Pirməmmədova Gülnarə