Azərbaycan ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistan silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv etdi

0
1725

Azərbaycan ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistan silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv etdi.

Birinci Qarabağ müharibəsindən sonra uzun illər ərzində ermənilər müxtəlif miflər yaradaraq erməniləri “qəhrəman xalq”, “döyüşkən xalq” kimi dünyaya sırımağa çalışmışlar. Hər addımda Azərbaycan xalqının tarixini, mədəniyyətini saxtalaşdırmaqla öz adlarına çıxarmışlar. Guya Azərbaycan xalqı simbioz xalqdır, onun heç zaman hərbi qüdrəti olmayıb, yalnız ticarətlə məşğul olublar. Birinci Qarabağ müharibəsi dönəmində özlərinə utopik Ohanyanlar düzəltmişlər. Bütün işğal dönəmində qanunsuz şəkildə Azərbaycan torpaqlarında istehkam sədləri düzəltmiş, buna “Ohanyan səddi” adı vermişdirlər.

Azərbaycan dövləti Birinci Qarabağ müharibəsindən sonra ordu quruculuğuna start verdi. Azərbaycanlı gənclər dünyanın, xüsusi ilə Türkiyə Respublikasının ali hərbi məktəblərinə təhsil üçün göndərildi. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin arsenalı ən müasir silahlarla zənginləşdirildi. Azərbaycan Müdafiə Sanayesi Nazirliyi yaradıldı. Müxtəlif təyinatlı Azərbaycan istehsalı olan silahlar ordumuzun istifadəsinə verildi.

Azərbaycan işğal illərində ədalətli sülhün tərəfdarı olsa da, özünə yeni beynəlxalq tərəfdaşlar da tapmışdır. Siyasi arenada Türkiyə, Pakistan, İsrail, B. Britaniya, İtaliya kimi nəhəng dövlətlər, o cümlədən, “qoşulmama hərəkatı” dövlətləri Azərbaycanın ən yaxın tərəfdaş dövlətləri oldular.

Azərbaycan ordusu 2016-cı ilin aprel döyüşləri zamanı düşmənə öz gücünü nümayiş etdirə bildi. Uzun illər ərzində yaranmış erməni mifi sarsıldı, “Ohanyan səddi” darmadağın edildi. Azərbaycanın özünəinamı artdı, cüzi olsa da ordunun keçmiş qüdrəti özünə qayıtdı. 2020-ci ilin Tovuz döyüşlərindən sonra Azərbaycan xalqının səbri tükəndi. Azərbaycan xalqı düşmənin son təxribatından sonra hərbi yolun qaçılmaz olduğunu anladı. 2020-ci ilin 27 sentyabr tarixindən əks-hücum əməliyyatına başlanıldı. Şərti olaraq “Dəmir Yumruq” əməliyyatı düşməni tamamilə diz çökdürmüş, demək olar ki, onun hərbi arsenalını tam məhv etmişdir. Artıq “Xocalı faciəsi” törədən erməni əsgəri, zabiti Azərbayacan hərbçilərinin ayaqlarının altında qalmışdır. Xalqın qəlbindəki erməni xofu məhv edilmişdir. Artıq dünyada qəhrəman Azərbaycan xalqı, Azərbaycan ordusu vardır. Azərbaycan ordusunun Şuşa əməliyyatı dünyanın hərbi dairələrində böyük müzakirələrə səbəb olmuşdur. Azərbaycan ordusu bütün dünyaya sübut etdi ki, Azərbaycan Ermənistanı heç bir odlu silahdan istifadə etmədən əlbəyaxa döyüşdə belə məğlub edə bilər və etdi. Vətən müharibəsi bütün erməni miflərini məhv etdi , Azərbaycanın ünvanına atılmış qara böhtanı onun üzərindən silindi.

Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin tarix müəllim-Eşqin Məmmədov