Azərbaycan niyə “Oskar”a film təqdim edə bilmir? – Peşəkarlar səbəbləri AÇIQLADILAR

0
365

11

Dünya filmləri “Oskar” mükafatına layiq görüldüyü halda, Azərbaycan belə hissdən çox uzaqdır. Nə qədər filmlər çəkilsə də, “Oskar” səhnəsində yer ala bilmirik. Bəziləri bunu maliyyə məsələləri ilə əlaqələndirsə də, bəzilərinə görə güclü rejissor işi özünü göstərmir.

Bəs mütəxəssislər nə düşünür?

Modern.az saytı məsələyə münasibət öyrənməyə çalışıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarovun sözlərinə görə, keçən il “Oskar”a bir filmimizi təqdim etmək olardı.

 

“Keçən ilin filmlərindən “Axınla aşaği” filmini “Oskar” mükafatına təqdim etmək olardı. Amma komitəyə səsvermə üçün müraciət olunmayıb. “Buta”, “Sahə” və “Qala” filmləri Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə “Oskar”a təqdim edilib. Lakin  Rüstəm İbrahimbəyovla bağlı mövcud hadisələr baş verəndən sonra yeni yaranmış ittifaqın üzvləri yeni komitə yaratdılar.

“Çölçü” və “Nabat” filmlərini “Oskar”a həmin komitə təqdim edib”.

 

Əli İsa Cabbarovun sözlərinə görə, ““Oskar”a mütləq film təqdim olunmalıdır” deyə bir fikir yoxdur.

 

““Oskar”a hər il namizəd təqdim edilməlidir” deyilən bir hədəf yoxdur. Hədəf peşəkar və istedadlı filmlərdir”.

 

Xalq artisti Rasim Balayev  Azərbaycanda istehsal olunan filmlərin “Oskar”a layiq görə bilmədiyini bildirib.

“Oskar” mükafatının öz tələbləri var. Biz də o tələblərə uyğun film çək bilmirik. Filmlərimizin “Oskar”a layiq görülə bilməməsinin bir çox səbəbləri var. O səviyyəyə uyğun film ortaya qoya bilmirik. SSRİ zamanı Mixalkovun əsəri layiq görülüb. Bir də “Moskva göz yaşlarına inanmır” filmi. Vəssalam.

Hətta bizə qonşu olan Gürcüstan, Qırğızıstan  kimi dövlətlərin filmləri də adıçəkilən mükafata layiq görülməyib. Onların qaydalarına uyğun film çəkə bilmirik. Ora 30-50 milyon dollara başa gələn filmlər namizəd olur ki, biz onu çəkə bilmirik. Bir aktyor kimi Azərbaycan istehsalı olan hansısa filmi “Oskar”a layiq görə bilmirəm. Çünki hal-hazırda elə film yoxdur”.

 

 

Namidə BİNGÖL

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

15 − nine =