“Azərbaycan milləti həm okean kimi müdrik və təmiz, həm də heç nəyi heç kəsə bağışlamayan millətdir…”

0
611

Araşdırmaçı professor, keçmiş “KQB” polkovniki Rövşən Novruzoğlunun gizli xarici arxivlərdəki mənbələr əsasında hazırlanmış  və tezliklə kitab halında nəşr olunacaq “Ölüm hüceyrələri və ya genetik ölüm…” adlı tədqiqat  əsərində  əsasən  XX əsrin əvvəllərindən bəri həm Azərbaycanı işğal altında saxlayan SSRİ adlı Rusiya imperiyasının, həm də Böyük Britaniya, ABŞ kimi “modern” impeiyaların xüsusi kəşfiyyat qurumlarının Azərbaycan xalqının zəngin genefondu üzərində apardığı  vəhşi qətliam və zorakılıqlarla müşayiət olunan amansız və qeyri-insani gizli tədqiqatlarının üzə çıxardığı ağlagəlməz özəlliklərdən, eləcə də ölkəmizin ayrı-ayrı sirli məkanlarını soykökümüzdə iz buraxan qeyri-adi xüsusiyyətlərindən bəhs edilir. Məlum olur ki, adı çəkilən imperiyalarla yanaşı, əksər xarici dövlətlər də Azərbaycan insanının əsl genomundan qorxduğundan bu xalqı hər vasitə ilə əzməyə, məhv etməyə çalışıb və çalışmaqdadır.

“Rayonda vəbadan həlak olan uşaqlar xəlvəti yollarla şəhərdən kənara daşınır və yandırılırdı…”

“Məlumata görə, Bərdə yaşayış məntəqəsində ilk sınaq virusu 1955-ci il noyabrın 19-da saat 14.20-dəqiqədə uşaq bağçasında və rayonun 1 saylı məktəbində tətbiq edildi. Bərdəlilər isə bütün bunlardan xəbərsiz idi…

Azərbaycan səhiyyə sisteminə gəlincə, o, sanki iflic olmuşdu. Beş həkimin imzası ilə (professor A.Sadıqovun, D.Məhəmmədovun, N.Maksimovun, J.Miriyevin, S.Atabəyovun) Azərbaycan KP MK-ya, Səhiyyə Nazirliyinə, Elmlər Akademiyasına, Dövlət Təhlükəsizlik Komitəsinə həyəcanlı məktublar, teleqramlar yola salındı. Lakin cavab yox idi. Məlumata görə, Bərdədə 1 gündə 134 uşaq vəba virusuna yoluxdu. Rayonun müəyyən yaşayış məntəqələri çənbərə alındı, giriş və çıxışlar qadağan olundu.  Azərbaycan mətbuatı isə həmin vaxt, təəssüf ki, elə təbliğat aparırdı ki, guya bu bəlanın qarşısını almaq üçün Moskvadan güclü həkim qrupları gəlib (?).

Qrupun tərkibində olan SSRİ Müdafiə Nazirliyi Baş Hərbi Kəşfiyyat İdarəsinin polkovniki, toksikoloq S.A.Tixonov Moskvaya, şəxsən ölkə başçısı N.S.Xruşşova ünvanladığı məktubunda bildirirdi:

«… Çox hörmətli Nikita Sergeyeviç, vaksinlər və preparatlar (yəni h.b.dərmanları – R.N.) özünü doğrultmadı. Uşaqlar və onların valideynləri kütləvi surətdə qırılıb məhv olur…»

Məlumata görə, 1955-ci il noyabrın 26-da alınan bu məktub, gecə saat 2-də (Moskva vaxtı ilə) Siyasi Büroda müzakirəyə çıxarıldı. Müzakirələr nəticə vermirdi. Azərbaycana gəlincə, onun ərazilərini Qazax-Ağstafa istiqamətlərindən vərəmin yeni sindromları, Bərdə istiqamətindən isə vəba virusları bürüməkdə idi.  Epidemiya dalğası böyüyürdü. Bakıya yollar bağlansa da, şəhərdə artıq qəribə bir vahimə var idi. Amma hamı susurdu. Səbəbləri araşdırmaq qadağan idi…

Araşdırma materiallarına görə, Bərdənin yaşayış məntəqələrində bütün işlər dayandırılmışdı, vəbadan həlak olan uşaqlar xəlvəti yollarla şəhərdən kənara daşınır və yandırılırdı. Bunun üçün valideynlərə kompensasiyalar paylanılırdı. Mən bütün bunları təsvir etməkdə çətinlik çəkirəm. Hər bir faktın arxasında isə göstərici dayanır…

Məlumata görə, Azərbaycana gətirilən 1 milyon vaksin özünü doğrultmadı. 1955-ci il dekabrın 17-dən başlayaraq ərazilərdə Ukrayna və Belorusiyadan olan həkim briqadaları göründü…

Azərbaycanda vəba və vərəm viruslarının yayılmasında iştirak edən professor həbsxanada vəfat etdi…

Araşdırma materiallarına görə, 1955-ci il dekabrın 3-də professor İ.D. Jakov Kremldən qovulan kəşfiyyat zabiti M.A.Aleksandrova yeni bir məktub göndərir:

«… İstəyirəm sənin əlini sıxam, dostum. Sən nə yaxşı ki, tarixin bu faciəsində iştirak etmədin. Vaksinlər özünü doğrultmadı. Bəlkə də heç vaksinlər yox idi, olmayıb. Kim bilir… Üç gündən sonra bu məsələni müzakirə etmək üçün yanına Moskvaya gələcəm. İndi ki, Stalin yoxdur. Heç olmasa, sərbəst düşüncələrimizi bir-birimizlə bölüşə bilərik…»

«Məxfi qovluq»larda saxlanılan çox maraqlı bir arayış var. Həmin arayışın məxfi qrifi olmasa da çox maraqlı idi. Həmin arayış kəşfiyyat zabiti M.A.Aleksandrov tərəfindən yazılmışdı. Məktubda deyilirdi:

«… Mən bu məktubu  Dövlət Təhlükəsizlik Komitəsinə (?) verdiyim izahatdan sonra yazıram. Leninqraddan yanıma gəlmək istəyi olan professor M.D.Jakovla görüşə bilmədim. Çünki onun mənə yazdığı məktub DTK-da saxlanılmışdı… İki gündən sonra eşitdim ki, professor İ.D.Jakov həbs olunub. Özü də dövlət sirlərini yaydığı üçün… (?)

Mənim həyatda xilaskarım olan, xüsusi istedad sahibi professor İ.D.Jakov həbsindən 17 gün sonra həbsxanada vəfat etdi…»

Azərbaycanda isə genetik layihələr bir-birini əvəz etməkdə idi…

Bərdədə vəbadan ölənlərin kütləvi şəkildə quyularda  basdırılmasını yəhudi kinooperator lentə alırdı…            

Araşdırma materiallarına görə, Bərdədə və Qazax-Ağstafa ərazilərində baş verən hadisələr, nəticəsiz elmi-tədqiqat işləri cinayətdən başqa bir şey deyildi. Azərbaycan tərəfi isə hələ də susurdu. Vərəm və vəbadan ölənlərin sayı isə 14 min 197 nəfər idi. Onun da 6 min 39 nəfəri hamilə və yaxud südəmər körpəsi olan qadınlar idi. Elə bil, hamı iflic olmuşdu. Bir adam yox idi ki, soruşsun: bütün bunların səbəbləri və səbəbkarı kimdir? Moskvada isə (1953-cü ilin avqustun 19-da) Sərhəd Qoşunlarının klubunda Bərdənin Sonalar düzündə (bu düz indiki Nadirli və Divanlı kəndlərini əhatə edirdi) qazılmış boş çalalara tökülən və tələm-tələsik üstü basdırılan meyitlərlə bağlı hərbi kəşfiyyatın çəkiliş qrupunun rəhbəri, kinooperator, polkovnik İdoman Sandoiç Bregerin lentə aldığı sənədli filmə baxış təşkil olunmuşdu. Səhiyyə Nazirliyindən dəvət olunmuş mikrobioloq, professor Daniyel Markoviç Yegiyaryan  kəşfiyyat generalı, nazirliyin hərbi-sənaye komplekslərinə başçılıq edən Sergey Aleksandroviç Kamuşov, (o, regionlarda baş verən və mənbəyi bilinməyən xəstəliklərin səbəb və nəticələrini tədqiq edən, araşdıran idarənin rəisi idi), dövrün tanınmış ginekoloqu, Kreml xəstəxanasının həkimi, professor Liza Sadıxovna Amosova, bundan əlavə, beş general-leytenant, iki akademik, SSRİ XİN-nin 4 şöbə müdiri də iştirak edirdi.

20 dəqiqəlik filmdən sonra keçmiş İttifaqın rəhbəri, Siyasi Büronun ideoloqu, Sov.İKP MK-nın Baş katibi N.S.Xruşşov hamının sifətinə ani də olsa nəzər saldı… Lentə baxan rəsmilər isə gülümsünürdülər…

N.Xruşşov: “ Mən Azərbaycan millətini döyüş səngərlərindən tanıyıram…”

“Siz – N.S.Xruşşov dedi, bütün olub-keçənləri unutmayın. Bu Azərbaycan milləti həm okean kimi müdrik və təmiz, həm də heç nəyi heç kəsə bağışlamayan bir millətdir. Onların biz rusları görməyə gözləri yoxdur. Onlar ömür boyu zəncirli kölə olub, səhralarda satılıb. Bunu mən demirəm. Bunu məşhur rus diplomatı Aminal Karisey deyib (Oxuculara xatırladaq ki, A.Karisey I Pyotrun dövründə at tövlələrinə başçılıq edirdi. Hardan oldu diplomat?  Küt və sərsəm Nikita Sergeyeviç ömrü boyu Azərbaycan xalqına qarşı qisasçılıq hissi ilə yaşayıb). “O millət haqqında çox mətləblər var. Elə mətləblərdi ki, şəxsən onu bəlalardan xilas edib. Mən o milləti döyüş səngərlərindən tanıyıram. O biri tərəfdən də hansı səbəbə görə Bərdə və Ağstafa, Qazax yaşayış məntəqələrində çəkilişləri yəhudi aparsın? Moskvada bir rus kinorejissoru tapmadınız?…” deyən N.S.Xruşşov bunu da təkid edirdi ki, bu kinofilm arxivin “Tam məxfi” rəfinə aid olan hissəsində saxlanılsın. İstifadəsinə icazə verilməsin. Özgə millətlərin baxması qadağandır!..”

 (Davamı var)

Təqdm etdi: Sultan Laçın