Azərbaycan kimlərin hədəfindədir? – Politoloq təhlükənin ünvanların göstərdi

0
452

Hazırda Azərbaycan üçün əsas təhlükə Ermənistandan gəlir. Ermənistan zəif və kiçik dövlət olsa da, kənar güclərin dəstəyi nəticəsində Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlayır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq hesab edir jki. Ermənistan Azərbaycanda etnik və dini zəmində də, gərginlik yaratmaq üçün müxtəlif təbliğat vasitələrindən istifadə edir.

“Taılışıstan” və “Ləzgistan” məsələlərini sosial şəbəkələr vasitəsilə gündəmə gətirməyə çalışan Ermənistan Azərbaycan daxilində gərginlik yaratmaq niyyətindədir. Digər yandan, ermənilər ayrı-ayrı ölkələrdə Azərbaycan əleyhinə lobbi mərkəzləri və bu mərkəzlərdə şəbəkə yarada biliblər. Xaricdəki ermənilər Ermənistan hakimiyyətindən aldıqları tapşırıqlar əsasında Azərbaycan əleyhinə müxtəlif təbliğat kampaniyaları aparırlar. Ən güclü erməni təşkilatları ABŞ, Rusiya və Fransadadır. Ermənilər son zamanlarda Almaniyada da, ermənilərin fəaliyyətləri genişləndir. Yəni, ermənilər Azərbaycana ciddi zərər verə biləcək işlər aparırlar”.

Q.Hüseynli qeyd edib ki, Ermənistandan sonra Azərbaycan üçün ciddi təhlükə yarada biləcək digər dövlət İrandır: “İran hələ də, Azərbaycanın müstəqilliyini həzm edə bilmir. Beləliklə, ölkəmizə qarşı müxtəlif tədbirlər görür. Buna görə də, İsrail və Azərbaycan arasındakı əməkdaşlığı qısqanclıqla qarşılayır. İran rəsmiləri uydururlar ki, guya İsrail Azərbaycan ərazilərindən İrana qarşı istifadə edə bilər. Amma Azərbaycan nəinki İrana, heç bir qonşu dövlətə qarşı öz ərazilərindən təxribatçı addımlar atılmağa icazə vermir.

Lakin buna baxmayaraq, İran Azərbaycanda dini radikalları dəstəkləyir. Radikallara maliyyə yardımı edir, təlimlər keçir. Təəssüflər olsun ki, Azərbaycanın bəzi vətəndaşları da, İranın bu təxribatının təsiri altına düşürlər”.

Politoloq vurğulayıb ki, Azərbaycan təhlükə yarada biləcək 3-cü ölkə Rusiyadır: “Rusiyada təkcə dövlət səviyyəsində yox, müxtəlif erməni qruplaşmaları səviyyəsində də, Azərbaycana qarşı iş aparılır. Rusiyanın xarici siyasət idarəsində qruplaşmış ermənilər Dağlıq Qarabağla bağlı Azərbaycana zərər vururlar. Lavrov-Kələntaryan Rusiya Xarici İşlər Nazirliyinin 30%-ni erməniləşdirib. Həmin qruplaşmalar Rusiyanın adından Azərbaycana qarşı siyasi xətt yürüdürlər. Erməni mənşəli adamlar Rusiyanın hərbi-sənaye kompleksinə də sızıblar. Telekanallardan tutmuş, digər strateji strukturlaradək ermənilərin geniş təsir dairəsi var. Bu baxımdan, Rusiya Azərbaycana qarşı çevrilmiş hərəkətləri İrandan az təsir qüvvəsinə malik deyil”.

Qabil Hüseynlinin qənaətinə görə, Ermənilərin güclü olduqları digər ölkə, Fransadır: “Fransada 600 minə yaxın erməni yaşayır: “Bu ölkədə qruplaşan ermənilər demək olar ki, Fransada fəaliyyət göstərən bütün siyasi partiyalarda təmsil olunurlar. Fransanın dövlət orqanlarında da, ermənilərin sayı kifayət qədərdir”.

Beçinci yerdə isə ABŞ dayanır. Amerikada çox güclü erməni lobbisi və diaspor təşkilatları fəaliyyət göstərir. Bu lobbi ABŞ hökumətinin qərarlarına təsir etmək imkanlarına malikdir. Başqa sözlə, Rusiya ilə yanaşı, Qərb dövlətlərinin Azərbaycana qarşı ikili yanaşmasında əsas rolu oynayan da, erməni lobbisidir. ABŞ-la yanaşı dünyanın ayrı-ayrı dövlətlərinə səpələnmiş ermənilərin Argentina, Uruqvay və Hindistanda da, güclü şəbəkələri fəaliyyət göstərir. Erməni diasporları maliyyə imkanları hesabına, bu və digər dövlətləri Azərbaycan əleyhinə çevirə bilirlər”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 × four =