2016-cı ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 21 512,8 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,2% az ümumi daxili məhsul istehsal edilib.
Virtualaz.org Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, azalmanın əsas səbəbi tikinti sektorunda məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalması olub.
Əlavə dəyərin 39,8%-i sənayedə, 12,2%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,6%-i tikinti, 6,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2%-i informasiya və rabitə, 16,4%-i isə digər sahələrdə istehsal edilib.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,7%-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 2239,4 manata bərabər olub.