Azərbaycan iqtisadiyyatı 2017-ci ildə neçə faiz böyüyəcək?

0
699

Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development, EBRD) proqnozlarına əsasən, 2016-cı ildə ÜDM istehsalı 3% azalacaq.

APA “İnterfax” agentliyinə istinadən xəbər verir ki, 2015-ci ilin noyabr ayında EBRD 2016-ci ildə bu göstəricinin 2,5% artacağını proqnozlaşdırıb.

Bankın yenilənmiş proqnozuna əsasən, 2017-ci ildə Azərbaycanda ÜDM istehsalı 1% artacaq.

“2015-ci ildə Azərbaycanda iqtisadi artım 1,1% təşkil edib. Lakin 2015-ci ilin ikinci yarısında neftin kəskin ucuzlaşması Azərbaycanın ixrac gəlirlərini azaldıb. 2016-cı ilin birinci rübündə Azərbaycan iqtisadiyyatında 3,5%-lik azalma baş verib. Bununla yanaşı, həmin dövrdə qeyri-neft ÜDM-i 5,7% azalıb. Buna əsasən, biz hesab edirik ki, bu il Azərbaycanda iqtisadi artım 3% azalacaq, lakin 2017-ci ildə ölkə iqtisadiyyatı 1% böyüyəcək”, – deyə bankın analitikləri hesab edir.

BIR CAVAB BURAXIN