Azərbaycan gəncliyi dövlətin, cəmiyyətin avanqard qüvvəsidir

0
442

Ağsuda 2 fevral – Gənclər Günü təntənəli şəkildə qeyd olunub.

Arazinfo.com-un verdiyi xəbərə görə, yığıncaq iştirakçıları öncə şəhərin mərkəzində, Heydər parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.

Heydər Əliyev Mərkəzində keçirilən təntənəli yığıncaqda çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirəzliyeva, gənclər və idman idarəsinin rəisi Azər Kərimli, idarənin baş məsləhətçisi Firəngiz Məmmədova, YAP gənclər təşkilatının sədri Elnur Fərzəlizadə və başqaları Prezident İlham Əliyevin imzaladığı, gənclərin fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyəti olan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlər Proqram”ından, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası haqqında” Sərəncamından danışıb, dövlətin, cəmiyyətimizin avanqard qüvvəsi olan gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsinin əsrlər boyu xeyirxahlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadan hər bir azərbaycanlı, xüsusilə gənclərimiz tərəfindən böyük rəğbətlə qarşılandığını diqqətə çatdıran çıxışçılar bu humanist təşəbbüsün ağsulu gəncləri də fəallaşdırdığını, gənc könüllülərin sıralarının gündən-günə artdığını diqqətə çatdırıblar.

Çıxışlarda gənclərlə iş sahəsində rayonda həyata keçirilən tədbirlərdən də ətraflı bəhs olunub.

Ağsulu gənclərin idman uğurlarından danışılaraq qeyd olunub ki, ötən il idmançılar taekvando, boks, sərbəst güləş və kikboksinq idman növləri üzrə ölkədaxili yarışlarda 40 qızıl, 21 gümüş və 33 bürünc olmaqla, ümumilikdə, 94 medal qazanıblar. Beynəlxalq yarışlarda isə idmançılar 20 qızıl, 11 gümüş 14 bürünc medal olmaqla, 45 medal əldə ediblər.

Sonda rayonun ictimai-siyasi, idman həyatında fərqlənən bir qrup gənc mükafatlandırılıb.



Arazinfo.com