Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq niyyətindədir

0
1605

Gürcüstan-Azərbaycan əməkdaşlığını xarakterizə edən bir məqam da bir çox önəmli layihələrin reallaşdırılmasıdır. Həmin layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Bəyan edildiyi kimi bu sırada enerji və qaz ixracı ilə bağlı məsələlər ön sıradadır. Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq fikrindədir. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Yəni bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır.

Beləliklə, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Əlbəttə ki, səfər çərçivəsində bu məsələ diqqət mərkəzində oldu. Yəni qaz ixracı ilə bağlı görüləcək işlər ikitərəfli formatda müzakirə olundu. Təbii ki, qaz və enerji ilə bağlı əməkdaşlıq gündəliyində kifayət qədər zəngin maddələr var. Sadəcə, fikrimizi ümumiləşdirsək deyə bilər ki, dünyada enerjiyə tələbat artdığı bir zamanda Azərbaycan və Gürcüstan arasında əlaqələr iki ölkənin bir cəbhədə duraraq öz maraqlarını təmin etməsinə imkan verir.

Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim