Azərbaycan Aİ ilə yeni müqavilə danışıqlarına başlayır

0
577

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk birgə mətbuat konfransında Azərbaycanla Avropa İttifaqı arasında yeni ikitərəfli müqavilə üzrə danışıqların sabah başlayacağını elan ediblər.

Prezident İlham Əliyevin cənab Tuskla görüşündən sonra keçirilən mətbuat konfransında, Aİ prezidenti Azərbaycanın “Aİ üçün mühüm partnyor” olduğunu bildirib.

Cənab Tusk həmçinin Aİ-nin “Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik” deyərək Azərbaycanla “enerji sahəsində etibarlı strateji partnyorluğa” davam etmək istədiyini əlavə edib.

Cənab Tusk vurğulayıb ki, yeni müqavilənin hədəfi Aİ və Azərbaycan arasında əlaqələri “təkmilləşdirməyə” yönəlib.

Öz növbəsində prezident İlham Əliyev Aİ-nin Azərbaycanın müstəqilliyindən bəri ölkəyə 200 milyard dollardan çox yatırım etdiyini bildirib.

O, həmçinin Azərbaycanın “mədəniyyətlər arasında bir təbii coğrafi və mədəni körpu” olduğunu deyib.

Hər iki lider Qarabağ münaqişəsinin həllini müzakirə etdiklərini bildiriblər, və cənab Tusk bu mövzuda ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiyini deyib.İlham Əliyev və Donald Tuskİlham Əliyev və Donald Tusk



 

BIR CAVAB BURAXIN