Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul satır

0
587

Hazırda 10-dan çox ölkəyə Azərbaycan istehsalı olan müdafiə təyinatlı məmulatlar ixrac edilir.

Bunu müdafiə sənayesi naziri Yavər Camalov Nazirliyinin yaradılmasının 11-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə deyib.

 

Nazirin sözlərinə görə, 2016-cı ildə xüsusi təyinatlı hücum pulemyotu, avtomatik qumbaraatan kompleksi, “İstiqlal-1T” snayper tüfəngi, soyuq atış kollimatoru, avtomatik top, artilleriya və tank topları üçün atəş yığımları və tank əleyhinə qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yığımlarının sınaqlarına başlanılıb.

Azərbaycan istehsalı, "İstiqlal" yuxarıda

Azərbaycan istehsalı, “İstiqlal” yuxarıda

Y.Camalov deyib ki, Azərbaycan Silahlı Qüvvələri-ni yeni növ “Zərbə” pilotsuz uçuş aparatları ilə təmin etmək üçün yaxın vaxtlarda bu məmulatın seriyalı istehsalına başlanılacaq. Bununla bağlı, Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında anlaşma memorandumu imzalanıb.

Müdafiə Sənayesi Nazirliyi 2005-ci ilin dekabrında yaradılb. Nazirlik müdafiə, radioelektronika, cihazqayırma sənayeləri sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirir.

BIR CAVAB BURAXIN