“Azərbayan olmayacaq, olacaq Bakı quberniyası, İrəvan quberniyası…”

0
732
 

Jirinovski daha sonra keçmiş SSRİ respublikalarının Rusiyaya birləşdirilməsinin bu respublikalara necə “sərfəli olacağını” əsaslandırmağa çalışıb. Deyib ki, belə olan halda həmin respublikalar “artıq nə varsa” hamısını Rusiyaya sata biləcəklər. Məsələn, Tacikistan Rusiyaya faraş kələm və çiyələk satacaq. Özbəkistanla Qırğızıstan arasında su problemi öz-özünə həll olunacaq. Çünki Rusiya sərhədləri ləğv edəcək və hamını “nə lazımsa onunla təmin edəcək”.

Jirinovski keçmiş SSRİ sərhədlərinin bərpa ediləcəyi halda Qarabağ probleminin də “öz-özünə həll olunacağını” deyib. “Budur, Qarabağ. Onlar heç vaxt bu məsələni həll edə bilməyəcəklər. Ermənistanla Azərbaycan arasında daim müharibə olacaq. Ancaq biz onların hamısını götürəndə nə Qarabağ olacaq, nə Azərbaycan. Olacaq Bakı quberniyası, İrəvan quberniyası, Tiflis quberniyası, Kutaisi quberniyası, çarın vaxtındakı kimi”-Jirinovski bildirib.LDPR liderinin sözlərinə görə, Rusiyaya birləşməklə keçmiş sovet respublikalarının hamısı “xoşbəxt olacaqlar”. Çünki onların təhlükəsizliyi təmin olunacaq, perspektivləri yaranacaq, iş dalınca Rusiyaya qaçmalı olmayacaqlar. “Mən özüm Alma-Atada doğulmuşam, ora rus şəhəri,  Rusiyanın forpostu olub, Asiyada ən sadiq forpostu. Qazaxlar isə ancaq alaçıqlarda yaşayıb qoyun otarırdılar, qoyun yunundan corab, sviter toxuyurdular, ət tədarük edirdilər və s. Hamısını korlayan bolşeviklər oldu, onlara zorla təhsil, mədəniyyət verdi, nəticədə axışıb gəldilər Rusiyaya”-Jirinovski deyib.

BIR CAVAB BURAXIN