Aytənə uduzan Cavidan: Mənə həqiqətən çox səs veriblər – VİDEO

0
658

Ölkənin ən bahalı və ən reytinqli şousu – “Maşın” şounun 16-cı sürəti davam edir.

Xalq artisti Murad Dadaşovun təqdim etdiyi şou “Xanımlar və Cənablar-2” adı altında yayımlanır.

Dünən az səs toplayaraq şounu tərk edən aktyor belə bir açıqlama verib:

“Bu bir şou idi, yarışma idi və mən də bura qatıldım. Hər məşhur bu yarışmada iştirak edə bilmir. Bu da mənim baş ucalığımdır, nə dərəcədə sevilən aktyor olduğumu bildirən bir nəticədir. Bayaqdan mənə səs göndərən dostlarım bunu sübut etmək hamısını “screen” edib göndərirlər. Görürəm ki, həqiqətən də çox səs gəlib. Hətta bəziləri səsvermənin qurma olduğunu deyir. Mən əminəm ki, bu yarışmada heç nə qurma deyil. Murad Dadaşov böyük prodüserdir və heç vaxt belə saxta, xırda şeylərə gedən deyil. Ola bilər Aytən xanımın dostları daha çox səs verib”.

Maşın uğrunda mübarizə iştirakçıların 10 nəfəri Cavidan Novruzun şəklini atıblar. Yalnız Cavidan Pərvin Abıyevanın şəklini atıb. Beləliklə iştirakçılar Cavidanı SMS səsverməsinə çıxarıblar. Cavidan isə Aytən Səfərovanı hədəf seçib. O, səs toplayacağı təqdirdə Aytəni şoudan uzaqlaşdıracağını bildirib. Çox maraqlıdır ki, Aytən Səfərova da şouda təklənib və hər kəs Cavidanın tərəfinə keçib.
Hətta belə bir fikir də formalaşıb ki, Aytən Səfərovanın sabah Mətənətlə mübarizə aparmasının qarşısını almaq üçün Cavidanı qabağa veriblər. Amma nəticələr hər kəsi çoka salıb. Cəmi səs verənlərin 17 faizi onun qalmasına səs verib. 80 faizdən çox səs toplayan Aytən Səfərova isə şounun qalibi olub. Beləliklə xanımların mübarizəsindən məğlub ayrılan Cavidan üçün maşın əldən getdi.

Xatırladaq ki, maşın uğrunda aşağıdakı şəxslər mübarizə aparır:

1.Mətanət Əliverdiyeva (aparıcı)
2.Aytən Səfərova (aparıcı)
3.Hüseyn Əzizoğlu (video blogger)
4.Uran (reper)
5.Rahidə Baxışova (müğənni)
6.Əli Mirəliyev (müğənni)
7.Ruhəngiz Musəvi (müğənni)
8.Pərvin Abıyeva (aktrisa)
9.Abbas Bağırov (müğənni)
10.Roza Zərgərli (müğənni)

Qeyd edək ki, Ələkbər Yasamallı və Firuzə Cəlilova səhvən əlini maşından çəkdiyi üçün mübarizədən uzaqlaşdırılıb. Günel Hümbətova Roza Zərgərli, Azər Axşam isə Uran tərəfindən şoudan kənarlaşdırılıb. Qurd İlhamə ilə döyüşdə məğlub olsa da, növbəti gün Hüseyn Əzizoğlu səs çoxluğu əldə edərək onu şoudan kənarlaşdırıb.

BIR CAVAB BURAXIN