Aytəkin Alxaslı generalın yanında yıxıldı-VİDEO

0
617
Sosial şəbəkələrdə tanınmış jurnalist Aytəkin Alxaslının skuterlə qəzaya düşdüyü anın görüntüləri yayılıb.
Müzakirələrə səbəb olan videodakı hadisə bir neçə il əvvəl Qusar rayonunda sərhəd zastavalarının açılışı zamanı baş verib. Belə ki, Alxaslı sərhəd zastavasının skuterini sınaqdan keçirmək üçün sükan arxasına keçib. Lakin telejurnalist qarlı havada sürəti tənzimləyə bilməyərək maneəyə çırpılıb və skuterdən yıxılıb.
Hadisənin baş verdiyi ərazidə olan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev qaçaraq jurnalistə kömək edib.
Daha sonra general Aytəkin Alxaslıya zarafatyana “Bu gün burada ən yüksəkliyə qalxan şəxs oldunuz” deyə bildirib.

(Qafqazinfo)
PS. Bu Aytəkin Alxaslı bəxti gətirməyən jurnalistlərdəndir. Ata minir, atdan yıxılır, skuterə minir, qəzaya düşür, qayaya dırmaşır, qayadan yıxılır, bununku nəyə minsə yıxılmaqdır… (Ə.M)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five × four =