Axund yaşlı kişini vəhşicəsinə döydü – Video

0
586

Şərqi Azərbaycanın Binab şəhərində yaşlı kişi axundun hücumuna məruz qalaraq vəhşicəsinə döyülüb.

Arazinfo.com Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə Binabın Rasta bazarında baş verib.

Məlumata görə, yaşlı kişi bahalıqla bağlı mollalara qarşı şeirə oxşar cümlələr dilə gətirirdiyinə görə dini kitablar satan axund Əhməd Mehdiniyanın qəzəbinə tuş gəlib.

Axund yaşlı kişiyə hücum edərək onu təhqir edib və vəhşicəsinə döyüb. Ətrafdakılar yaşlı kişinin yaddaşını itirdiyini, küçələrdə daim şeirlər səsləndirdiyini deyiblər. Buna baxmayaraq axund kişini döyməyə davam edib və ətrafdakı insanlara: “Siz müsəlman deyilsiniz? Qeyrətiniz yoxdur?… Buraxın ölsün…”- deyə qışqırıb.

Həmin görüntüləri təqdim edirik:


Müəllif: Samir

BIR CAVAB BURAXIN